Məcburi köçkünlərin eyni statusu olmayan şəxsə ərə getdikdən sonra müavinət alması təklif edilib
Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin verilməsi təklif olunur.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bu təkliflə Ədliyyə Nazirliyi çıxış edib və Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.
Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair" Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər.
Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.
Sənəddə qeyd edilib ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub.
Nəticədə Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Konstitusiyanın 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6072 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?
12 aprel7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni
11 aprelBakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO
Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məh
11 aprelHavalar Pasxadan sonra düzələcək - mif, yoxsa...
Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə
12 aprelTanınmış pedaqoq Qəmər Quliyevanın 80 yaşı tamam olur
Bu gün, Respublikanln Əməkdar Mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 yaşı tamam olur. Ömrünün böyük hissəsini ölkə mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonundakı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbind
11 aprelVüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)
"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak
10 aprelHacıqabul sakini itkin düşdü
Hacıqabul rayonunda 51 yaşlı kişi itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Baxış Absalam oğlu Əsgərov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Boyu 160 sm, orta bədən quruluşlu B. Əsgərov evdən çıxan zaman əynində qar
10 aprel