Bərdədə qadın doğuşdan sonra öldü
Bərdədə 28 yaşlı ana doğuşdan sonra ölüb, körpə isə sağ qalıb.
Sonxeber.az "Trend"ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə Şakir qızı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
Doğum Evinin baş həkimi Tünzalə Bəşirova məsələ barədə açıqlama verib:
"F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00-da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurublar.
Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır".
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 493 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yollar buz bağlayacaq
Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvə
15 yanvarİnsanlar niyə rayondan Bakıya üz tutur? - AÇIQLAMA
Son illər Azərbaycanda daxili miqrasiyanın ən güclü istiqaməti rayonlardan Bakıya doğru gedir. Demək olar ki, hər ailənin ya paytaxtda yaşayan, ya da ora getmək istəyən bir üzvü var. Bu axın təkcə iqtisadi səbəblərlə izah olunmur. İnsanların Bakıya can atmasının arxasında daha dərin - psixoloji, sosia
15 yanvarBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35
15 yanvarFüzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı
Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər. -ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəml
15 yanvarBiləcəridə meşə məhv olur... - Video-Yenilənib
Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir. "Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, 8 ay öncə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Nəticədə ağaclarda xəstəlik səbəbində
16 yanvarMədət Quliyevin xanımının yeni peşəsi
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyevin həyat yoldaşı, keçmiş aparıcı Zəhra Quliyeva son günlər sosial şəbəkədəki aktiv paylaşımlarıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, Z.Quliyevanın yeni peşəsi gündəm olub. O, paylaşımlarda terapiyalarla məşğu
15 yanvar