"Ay Lolo"nu bir də belə dinləyin - "Nənələr"imiz haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEO

"Ay Lolo"nu bir də belə dinləyin - "Nənələr"imiz haqqında BİLMƏDİKLƏRİMİZ - VİDEOLənkəranın limonu, çayı, bir də "Nənələr" qrupu... Bu qrup o qədər tanınıb, sevilib ki, artıq Lənkəranın simvollarından birinə çevrilib, ikonlaşıb. Boşuna "ikonlaşıb" demirəm. Yadımdadır, 2 il əvvəlin yazında Lənkərana gəlmişdim. Hansı bölgəmizə getsəm, ilk gəzdiyim yer həmin rayonun bazarı olur. Burada ən maraqlı insanları, obrazları görmək mümkündür. Bazarlar toplumun altşüurudur. Lənkəran bazarında gördüyüm ən maraqlı "məhsullardan" biri də nənələrin gipsdən hazırlanmış minimalist maketi idi.

Lent.az-ın əməkdaşı sizə APA TV-nin müxbirinin dilindən ordakıları nəql edəcək.

Bu dəfə isə məhz "Nənələr"in özlərini görməyə gedirəm. Bu il onların 55 illik yubileyidir. Reportaj hazırlayacağımızdan əvvəlcədən xəbərləri var idi. Maşının üzərindəki "APA TV" loqosu və əlimizdəki texniki avadanlıqlardan bizi tanıyırlar. Qızbəs nənə bir əlində qaval, digər əliylə bizi salamlayır:

- Xoş gəlmisiz, həmişə siz gələsiniz!

Yenə eyni geyimdə, eyni sıra ilə düzülüblər. Bu sıra ardıcıllığı heç vaxt dəyişmir. Daha əvvəl də onlar haqqında hazırlanan reportajları izləmişəm. Hamısında sıra eynidir - Qızbəs Əhədova, Gülbəzək Kərimova, Rübabə Kərimova, Zibər Məmmədova, Bacıgül Məmmədova, Şərəf Məmmədova.

Aralarında ən yaşlısı Xanımbacı nənənin 91 yaşı var. Qızbəs nənə deyir ki, Xanımbacı nənə səhhətiylə əlaqədar səhnələrə çıxa bilmir.

"Nənələr" qrupunu həmişə "Ay Lolo" mahnısı ilə xatırlayıram. Mənə elə gəlir ki, bu mahnıdakı "qızıl üzük laxladı" (Ay lolo, qızıl üzük laxladı. Ay lolo, verdim, anam saxladı) ifadəsi azyaşlı qızların ərə verilməsinə bir işarədir. Qız o qədər balaca olur ki, nişan üzüyü barmağına böyük gəlir və düşüb itməsin deyə, saxlamağı üçün anasına verir.

Qrup ilk dövrlərdə özünü "Bacılar" adlandırıb. Yanaqları şaftalı çəyirdəyi kimi qırışmış Qızbəs nənə indi bizə daha ətraflı danışacaq:

- Bu qrup yarananda balaca idik. Kənddə toy, xınayaxdı olanda bizi aparırdılar. 4 bacı idik. Sonra Şövkət xanım bir toyda bizi görüb bəyəndi. Dedi, sizi göydə axtarırdım, yerdə tapdım. Bizi Bakıya, başqa şəhərlərə apardı.

Yadıma gəlir, 2012-ci ildə ruslar öz "Nənələr"ni "Eurovision" mahnı müsabiqəsinə çıxarmışdılar. Açıq desəm, rus "babuşka"larının bizim "nənə"lərdən heç bir üstün özəlliyi yox idi. Hətta milli köklərə söykənən "Lənkəran Nənələr"i daha maraqlı və yaradıcıdılar.

Qrupun üzvü Rübabə Kərimova deyir ki, məqsədimiz adət-ənənələrimizi uşaqlara, qız-gəlinlərimizə ötürməkdir:

- Biz bu adət-ənənələri qoruyub saxlayırıq.

1997-ci ildə "Bacılar" dönüb "Nənələr" oldular. Bəli, Qızbəs nənə özü deyir:
- Heydər Əliyev qatarla gəlmişdi. Stansiyadan düşəndə insan əlindən yer yox idi. Mən ona gül verdim. Bizimlə görüşdü və "Nənələr" adı verdi.

Qrup Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda keçirilən konserlərdə də iştirak edib. "Nənələr"in Zibər Məmmədovası deyir ki, Şuşa, Laçın, Ağdamda olmuşuq və gözəl təəssüratlarımız var.

İndi öyrənirəm ki, oxuduqları mahnıları "Nənələr" özləri yazırlar. Həqiqətən, o mahnıların sözləri, ifadə tərzləri o qədər təmiz və sadədir ki, onları oxuduqları folklor mahnılarından ayırmaqda çətinlik çəkirəm. Bunu öyrənəndən sonra "Nənələr" mənə oxuduğum nağıllarda nəvələrinə özlərindən şeirlər, bayatılar qurub-qoşan nənə obrazlarını xatırladır. Geyimləri, hərəkətləri bu obrazı tamamlayır.

Şərəf Məmmədova bu qrupdakı ilk konsertindən danışır:

- İlk dəfə bu qrupa qoşulanda Novruz şənliyi keçirilirdi, biz prezident İlham Əliyevin qarşısında oxuyurduq. İlk konsertim belə olub. Çox həyəcanlı idim.

Bacıgül Məmmədovanın isə arzusu "Nənələr"ə qoşulmaq imiş:

- Çox istəyirdim nənələrə qoşulum. Şükür Allah indi onlarla oxuyuram...

Son olaraq onlardan mahnı oxumalarını xahiş edirəm. Yenə eyni sıra ilə düzülürlər. Qızbəs nənə əlindəki qavala vurmağı ilə "Ay Lolo" mahnısını oxumağa başlayırlar. Oxuya-oxuya gah sağ, gah sol tərəfə dönüb əl çalırlar.

Lənkəran uzunömürlülər diyarıdır. Onlara uzun ömür və hər zaman belə oxumaqlarını, qruplarına yeni nənələr qatmağı arzu edirik...


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2098   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust