"Novruzun əsl adı Yaz və ya Böyük bayramdır" – Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Bayramın folklor mətnləri saxtalaşdırılıb" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı Novruz çərşənbələrindən və inanclardan söz açıb.
O bildirib ki, Axır çərşənbə Novruzdan daha əhəmiyyətlidir: "Çərşənbələr təntənəli şəkildə qeyd olunmamalıdır. Cəmlə sayı 3-dür və suya, havaya, torpağa düşür. Təqvim inancının əsasında təbiətin ölüb-dirilməsi dayanır. Çilə beçələri əslində bu mənanı verir. İl ruzili keçsin deyə, Xıdır əsası xəşilə dəyməlidir. Xıdır xəşili ilə fala baxılır və düz çıxır. Qarğa xəşili kimin evinə aparsa, qız ora ərə gedəcək".
Onun sözlərinə görə, Novruzun əsl adı Yaz və ya Böyük bayramdır və Qızılbaş inancları bayrama daxil olub və bayramın folklor mətnləri saxtalaşdırılıb.
L.Vaqifqızı İlaxır çərşənbənin hansı səbəbdən daha möhtəşəm keçirilməsinə, çərşənbələrin adının necə qeyd olunmasına, qəbr üstünə hansı tarixdə gedilməsinə aydınlıq gətirib və həzrəti Əlinin taxta çıxdığı qırmızı günün izahını verib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Paytaxtın iki böyük bağı birləşdirildi