Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir
Ekoloji təhsilə erkən yaşlardan başlamaq son dərəcə vacibdir, çünki uşaqlar bu dövrdə ətraf aləmi çox çevik və önyarğısız qəbul edirlər.
Bunu "Report"a bu yaxınlarda işıq üzü görmüş "Uşaqlar üçün yaşıl biliklər" kitabının müəllifi, dayanıqlı inkişaf və kommunikasiya üzrə ekspert Liya Bayramova deyib.
Ekspertin sözlərinə görə, qlobal ekoloji problemlər və iqlim dəyişiklikləri fonunda erkən yaşlardan bu sahədə biliklərin verilməsi vacibdir ki, uşaqların dünyagörüşü formalaşdıqca, onlarda təbiətə qarşı qayğıkeş münasibət inkişaf etsin.
O qeyd edib ki, məhz ənənəvi biliklərin və praktiki bacarıqların ötürülməsi yolu ilə uşaqlar ətraf mühitin həqiqi qoruyucularına çevrilə bilərlər:
"Həm müdrik əcdadlarımız, həm də müasir metodologiyalar üzərində qurulan bu yanaşma artıq bu gün Azərbaycanda ekoloji baxımdan savadlı və məsuliyyətli cəmiyyətin formalaşması üçün möhkəm təməl yaradır".
Kitabın müəllifi vurğulayıb ki, "Uşaqlar üçün yaşıl biliklər" ekoloji təhsili ən kiçik yaşlardan əlçatan və anlaşılan etmək istəyinin nəticəsidir.
L.Bayramova bildirib ki, kitab sadə dildə yazılıb və uşaqların təbiəti qorumağın vacibliyini başa düşməsinə kömək edən praktiki nümunələrlə zəngindir:
"Burada tullantıların təkrar emalı, su və enerjiyə qənaət üsulları, eləcə də xalqımızın ekoloji harmoniyanı qorumağa kömək edən ənənəvi dəyərləri haqqında məlumat verilir. İnanıram ki, bu kitab valideynlər və müəllimlər üçün faydalı bir vasitəyə çevriləcək və uşaqlarda ətraf mühitə qarşı məsuliyyətli münasibət formalaşdırmağa kömək edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 748 Tarix: 30 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr