Bu şəxslərə ŞAD XƏBƏR - Mağazalarda sizi GÜZƏŞTLƏR GÖZLƏYİR!

Bu şəxslərə ŞAD XƏBƏR - Mağazalarda sizi GÜZƏŞTLƏR GÖZLƏYİR!Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial ödəniş alan şəxslərə dəstək məqsədilə "Sosial tərəfdaş" adlı yeni layihəyə başlayıb. Bu təşəbbüs artıq iki il əvvəl başladılıb, lakin çox insan layihənin mövcudluğundan xəbərsizdir. Araşdırmalar göstərir ki, bu proqram çərçivəsində müxtəlif xidmət və ticarət sahələrində əlillərə, şəhid ailələrinə və digər həssas sosial qruplara müəyyən güzəştlər və endirimlər təqdim edilir.

Buna baxmayaraq, layihənin tətbiqi və əlçatanlığı ilə bağlı məlumatlandırma səviyyəsi aşağı olduğundan, hədəf qruplarının əksəriyyəti bu imkanlardan yararlanmır. Bu baxımdan, proqramın daha geniş şəkildə tanıdılması və vətəndaşların ondan faydalanmasını asanlaşdıracaq addımların atılması vacibdir.

İqtisadçı Rəşad Həsənov bu barədə "Yeni Sabah"a danışıb.

O bir sıra vacib məqamlara toxunub:

"Bu sahədə hər hansı hüquqi tənzimləmə və ya konkret qanunvericilik çərçivəsi mövcud deyil. Sözügedən sosial kart və ona əsaslanan güzəştlər daha çox bazar iştirakçılarının öz imkanları daxilində həyata keçirdiyi təşəbbüslər kimi ortaya çıxır. Bir sıra pərakəndə ticarət və xidmət müəssisələri bu imkandan yararlanaraq, sosial məsuliyyət və müştəri loyallığını artırmaq məqsədilə əlil qazilər və onların ailə üzvləri üçün müəyyən güzəştlər təklif edirlər".

Ekspert bildirib ki, güzəştlərdən yararlanmaq üçün əsas şərt müvafiq sosial karta sahib olmaq və ya həmin sosial qrupun üzvü olduğunu təsdiqləyən sənədləri təqdim etməkdir:

"Bu proses, adətən, müəyyən qeydiyyat prosedurlarını əhatə edir və müraciət əsasında həyata keçirilir. Yəni, vətəndaşın güzəştdən faydalanmaq üçün bu imkandan xəbərdar olub, müvafiq qaydada müraciət etməsi tələb olunur".

İqtisadçı onu da qeyd edib ki, sistem könüllü əsasda qurulduğu üçün kampaniyaya qoşulan şirkətlər üçün xüsusi və məcburi tələblər müəyyən edilməyib:

"Hər bir müəssisə güzəşt şərtlərini və prosedurlarını öz daxili qaydalarına uyğun olaraq müəyyənləşdirir. Bu səbəbdən güzəştlərin tətbiq dairəsi və mexanizmləri müxtəlif şirkətlərdə fərqli ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1310   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr