İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? – Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləri

İcra başçıları ilə Mehbalıyevin kürəkənini nə bağlayır? – Milyonluq maliyyə əməliyyatlarının görünməyən tərəfləriÖtən il ərazində Abşeron rayon İcra Hakimiyyəti toplam 7 tender keçirib.

Sonxeber.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu tenderlər üzrə 5 milyon 314 min 41 manat pul xərclənib.
Bildirək ki, bu müsabiqələrə yolların təmiri, bina fondunun yenilənməsi, park tikintisi, Xırdalan şəhərinin işıqlandırılması və digər işlər daxildir.
Məsələnin maraqlı tərəfi odur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərəzliyev bütün bu tenderləri bir şirkətə verib. Söhbət "PROQRESS İNŞAAT EN" MMC-dən gedir.

Abşeronda hər işi görən bu şirkətlə İcra Hakimiyyəti arasında o qədər dərin bağlar var ki, Fərəzliyev Azərbaycan xalqının "Milli Qurtuluş günü" ilə əlaqədar tədbirin təşkili işlərini də bu şirkətə etibar eib. Bunun üçün də 190 min 331 manat pul da alıb.

"PROQRESS İNŞAAT EN" MMC ümumilikdə 2024-cü il ərazində cəmi 15 tenderə qatılıb. Onun 7-si Abşeron rayon İcra Hakimiyyətinin, 2-si Sumqayıt İcra Hakimiyyətinin (toplam 2 milyon manata yaxın), ikisi isə Beləqan İcra Hakimiyyətinin (toplam 637 min manat) keçirdiyi tenderlər olub. Bundan başqa, MMC "AZƏRİSTİLİKTƏCHİZAT" ASC 250 minlik, AMEA-nın 120 minlik, Biləsuvar İC-in 33.5 minlik, SDU-nun 83.2 minlik müsabiqələrini də ala bilib.
Nəzərinizə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "PROQRESS İNŞAAT EN" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar var.Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.
Bu məlumatın mövcudluğu onu deməyə əsas verir ki, Abidin Fərzəliyevlə şirkət arasındakı simsarlıq elə bu yeznə-kürəkən məsələsinə bağlıdır. Yəni, Abşeronun icra başçısı kənar adama deyil, elə Mehbalıyevin kürəkəninə tenderləri verməklə, lazım olanda bu odioz məmurun əli ilə işlər görməyə çalışır.
Yazıda adı keçən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1130   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr