Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI

Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIAprelin 1-də paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və təmir işlərinin həyata keçirildiyi müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb.

"Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib" , - məlumatda qeyd edilib.

14:00
"Kəpəz" MTK ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Oxu.Az xəbər verir ki, şikayət MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işləri ilə bağlıdır.

Söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında yerləşən binadan gedir. Vətəndaş qeyd edir ki, əlavə mərtəbə tikmək məqsədilə binanın damında söküntü işləri aparılır.

Daha sonra sakin sözlərinə belə davam edir:

"Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binada əlavə bir mərtəbə tikmək tam qanunsuzluqdur. Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökür. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük riskə girəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlansa da, tədbir görülmür".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIBakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIBakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2360   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr