"Hər bağçada tələb olunan pul, təklif olunan xidmətlərlə adekvat deyil" - AÇIQLAMA
"Məktəbəqədər təhsil müəssələri ilə bağlı, onların keyfiyyəti ilə əlaqəli danışdıqda, öncə bir az kəmiyyət məsələsinə toxunmaq lazımdır. Çox təəssüf olsun ki, bizdə ölkə üzrə, xüsusən də iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinin sayı ürəkaçan dərəcədə çox deyil. Biz hələ keyfiyyətini qoyuruq kənara, çox təəssüf olsun ki, bağça yaşına çatmış hər uşaqdan yalnız biri hazırda bağçaya getmək şansını qazanır, digər uşaqlar isə bağçaya getməli olduqları halda bu şansdan yararlana bilmir. Çünki, artıq sıxlıq, bağçalarda yer olmamağı öz sözünü deyir. Bu, əsasən, aiddir Bakı, Abşeron və Sumqayıta. Burada bağça sayları digər regionlara nisbətdə çox olsa da, uşaq sayının çoxluğu, əhali sıxlığı oradakı təlabatı da artırmış olur".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elmin Nuri danışıb.
O, açıqlamasında qeyd edib ki, bir neçə özəl bağça sahibkarları var ki, onlar öz işlərindən o qədər də məmnun deyillər:
"Məsələnin digər tərəfi isə özəl sektor məktəblərdəki təhsil müəssidə seqmentinə çox da güclü təsir göstərə bilmir. Bizdə ötən ilin məlumatına görə 133 özəl bağça var. Bu o qədər də böyük rəqəm deyil. Eləsi var ki, 10-a qədər filalı var, eləsi də var ki heç filalı yoxdur, yalnız bir korpusda fəaliyyət göstərir və olur 133 bağçdan biri. Bu gün özəl bağça sektorunun inkişafı üçün xüsusi, sitimullaşdırıcı addımlar atılmalıdır. Kənardan hər şey gözəl və rahat görsənir. Amma, şəxsən mənim tanıdığım bir neçə özəl bağça sahibkarları var ki, onlar öz işlərindən o qədər də məmnun deyillər. Məsələnin, maddi tərəfi onlar üçün ürəkaçan dərəcədə olmur. Düzdü, biz bəzən əksini fikriləşirik ki, bağçlarda təhsil haqqı həddinən artıq bahadır. Gəlin bunu ümumiləştirməyək. Elə bağça var ki, orada bir o qədər də çox deyil, yəni 200-300 manata da uşaqlarınızı oxutdura biləcəyiniz bağçalar vardır. Amma, təbii ki, 2000-3000 manatdan yuxarı olan məktəbəqədər təhsil müəssisələri də var. Burada qidalanma, müəyyən prosedurlar, dərnəklər, idman məşqləri, tibbi personalın cəlbi, psixoloq, rəqs dərsləri vəs. tədris olunur. Demirəm ki, hər yerdə tələb olunan pul, təklif olunan xidmətlərlə adekvatdır. Bu bağçadan-bağçaya dəyişən haldır. Birində effektli, digərində isə az effektli ola bilər. Amma hər bir halda biz, özəl bağçalarım sayının artırılmasından ötəri, bu istiqamətdə stimullaşdırıcı addımlar atmalıyıq. Bu addımlardan biri atıldı. Belə ki, Elm vəTəhsil Nazirliyi xüsusi Qrant müsabiqəsi həyata keçirtdi. Həmin müsabiqəyə əsasən siyahıya alınmış özəl bağçalarda oxuyacaq uşaq təhsil haqqının müəyyən faizi dövlət tərəfindən ödəniləcək. Bu yaxşı addımdır, amma natamamlıq var. Bağça sayı artırılmalıdır. Bizdə 133 özəl bağça var, onun ən azı 50-i bu layihəyə cəlb olunamalıdır, amma təəssüf ki, 20 özəl bağça bu layihəyə cəlb olunub. Özəl bağçalarla bağlı stimullaşdırıcı addımlar atılsa əmin ola bilərsiniz ki, iş adamları da çox böyük maddiyyat tələbinə getməzlər, çünki bu onlara da sərhv etmir. Eyni zamanda bu hal müştəri itkisi də deməkdir. Heç bir kəs müştərisini asanlıqla itirmək istəməz".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama