Sahibə Qafarova Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Aprelin 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı və rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq "Vahid Çin" siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında ən yüksək səviyyədə həyata keçirilən səfərlərin və dövlət başçıları arasında keçirilən görüşlərin mühüm rolu qeyd edilib. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlaqələrimiz Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən uğurla davam etdirilir.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli münasibətlərin inkişafında rolu, iqtisadi, ticari, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri, Azərbaycanın Çin Xalq Respublikası sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, eyni zamanda "Orta Dəhliz"in inkişafı istiqamətində birgə əməkdaşlıq həyata keçirilir və regionda kommunikasiyaların açılması, "Zəngəzur dəhlizi" təşəbbüsünün həyata keçirilməsi Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünə növbəti töhfəsi olacaq.
Söhbət zamanı humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin inkişafının ölkələrimizə verdiyi töhfələr vurğulanıb.
Azərbaycan və Çin arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə Milli Məclisdə Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərir və Çin parlamenti ilə müxtəlif səviyyələrdə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq.
Görüş üçün təşəkkürünü bildirən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançau Azərbaycana səfər etmək arzusunun həyata keçməsindən məmnunluğunu bildirib. Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, diplomatik münasibətlərimizin yaradılmasından ötən müddət ərzində görülmüş işlər, bu sahədə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, yaşıl iqtisadiyyata keçid və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Bildirilib ki, qarşılıqlı əlaqələrin inkişafında Çinin Kommunist Partiyası ilə Azərbaycanın Yeni Azərbaycan Partiyası arasında əlaqələr xüsusi rola malikdir və qarşılıqlı təcrübə mübadiləsi, dünyadakı təhlükəsizlik çağırışlarına qarşı həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Söhbət zamanı qonaq Azərbaycanın "Vahid Çin" siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə YAP sədrinin müavini və Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama