"Bacımın maşında başqa şəxslə görüşdüyünü gördüm" - Müəllimənin qatilindən İLGİNC İFADƏLƏR

"Bacımın maşında başqa şəxslə görüşdüyünü gördüm" - Müəllimənin qatilindən İLGİNC İFADƏLƏRZaqatala rayonu, Yuxarı Tala kəndində müəllimənin odlu silahla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Hadisə mərhumun atasının il mərasimində baş verib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Natavan Əhmədova qardaşı - 1989-cu il təvəllüdlü Nurlan Əsgərov tərəfindən odlu silahla qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, Nurlan bacısının başqa şəxslə münasibətindən şübhələndiyi üçün onu öldürüb.

Məhkəmə araşdırması zamanı maraqlı məqam üzə çıxıb. Belə ki, Nurlan istintaqda dindirilərkən, bacısını başqa şəxslə maşında görüşən zaman gördüyü üçün onu öldürdüyünü, özünün və ailəsinin adına ləkə gətirdiyini deyib. Lakin məhkəmədə bildirib ki, hadisə vaxtı özündə olmayıb və psixoloji problemləri var.

Nurlan nə hadisəni, nə də istintaqda verdiyi ifadəni xatırladığını deyib. Əlavə edib ki, bacısı hər hansı bir şəxslə münasibətdə olmayıb:

"Bacımla münasibətimiz yaxşı olub. Onun kiminləsə görüşməsi barədə nəsə dediyimi, gördüyümü xatırlamıram. Əgər belə bir şey olsaydı, onu evdə yox, kənar bir yerdə öldürərdim. Baş verən heç nəyi xatırlamıram. İndi də hadisə barədə heç nə xatırlaya bilmirəm".

Qeyd edək ki, Nurlan qətl hadisəsini ata evində törədib. O, atasının il mərasimində bacısının telefonla danışdığını görüb və şübhə edib. Evdə olan ov tüfəngi ilə bacısının baş nahiyəsindən bir dəfə atəş açıb. Evdə anası, bacısı və digər qohumları da olub. Hadisədən sonra özü polisə təslim olub.

Mərhumun əri Qurban Əhmədov çıxışında Nurlanın istintaqdakı ifadəsi ilə razılaşmayıb. Deyib ki, qaynının bu cür fikirlər səsləndirməkdə məqsədi kriminal aləmdə nüfuz qazanmaqdır:

"Nurlan bacısının səhv hərəkətə yol verdiyini görmüşdüsə, niyə həmin yerdə tədbir görmədi? Onun məqsədi qətli namus üstündə törətdiyini göstərmək, həbsxanada dustaqların ona hörmətlə yanaşmasını təmin etməkdir. Özünü kriminal aləmdə tanıtmaq istəyir. Yoldaşım barəsində dedikləri yalandır. Onu bağışlamıram. Cəza verilməsini tələb edirəm".

İstintaq zamanı mərhumun anası, bacısı və digər şahidlər də dindirilib. Onlar Natavan Əhmədovanın hər hansı bir şəxslə nikahdankənar münasibətinin olması faktını təsdiq etməyiblər. Əksinə, bunu inkar ediblər.

Şahidlər həmçinin Nurlanın psixi problemlərinin olması, hər hansı bir xəstəlikdən əziyyət çəkməsini də təsdiq etməyiblər.

İstintaq zamanı o da məlum olub ki, mərhumun hər hansı bir şəxslə nikahdankənar münasibətinin olmasını sübut edən fakt - şahid, telefon danışığı, mesaj yoxdur.

Ekspertiza rəyi ilə də Nurlanın sağlam olduğu, hər hansı bir xəstəlikdən əziyyət çəkmədiyi, narkotik vasitə istifadəçisi olmadığı müəyyən edilib.

Nurlanın məhkəmədə dedikləri özünümüdafiə məqsədilə verilmiş yalan ifadə kimi qiymətləndirilib.

Məhkəmənin hökmü ilə Nurlan xüsusi amansızlıqla qəsdən adam öldürmədə təqsirli bilinərək, 17 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3849   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust