Nizami rayonu sakinlərinin ŞİKAYƏTİ: "Orbita"MTK-nın rəhbərliyi vətəndaşların məcburi evindən çıxarır?- Video
Bakının Nizami rayonu, Ordubadi küçəsi 7 ünvanında yaşayan sakinlər "Orbita" MTK rəhbərliyindən şikayətçidirlər.
XALQ.AZ xəbər verir ki, onlar qanunsuz şəkildə mənzillərindən çıxarıldıqlarını bildiriblər. "Bizə 600 manat kirayə pulu verməlidirlər. Bunlar o pulu verməməyin dərdindən bizi Çobanzadə küçəsində qəzalı binalara göndərirlər. Fövqəladə Hallar Nazirliyi o binalara rəy verib ki, qəzalı vəziyyətdədir. Qəsdimə durmusan, uşaqlarımı, nəvələrimi yığıb o binanı başıma uçurmaq istəyirsən?!", – şikayətçi deyib.
Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söyləyib.
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, müvafiq qurumların icazə sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Orbita" MTK-nın istifadəsinə verilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) "Azkommunlayihə" İnstitutunun mütəxəssisləri tərəfindən adıçəkilən küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirilib, vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilib. Mənzil sahiblərinə MTK tərəfindən inşa ediləcək yeni çoxmənzilli yaşayış binasında öz mənzillərinin sahəsinə əlavə olaraq fərqə görə vətəndaş tərəfindən ödəniş olunmaqla ümumi sahəsi 36 kvadratmetr olan mənzil verilməsi və ya birbaşa 45000 manat ödəniş olunması, Zabrat qəsəbəsində birmərtəbəli fərdi yaşayış evinin inşa edilib təhvil verilməsi təklifləri edilib.
Qeyd edək ki, sakinlərə sözügedən ərazidəki evlərin aprelin 4-də söküləcəyi bildirilib.
Ətraflı Baku TV-nin süjetində:
Məlumat üçün bildirir ki, bir müddət öncə Nizami rayonu Kamil Balakişiyev küçəsindəki yaşayan sakinlərdə "Orbita" MTK-dan şikayətçi idilər.
Qeyd edək ki, Orbita" MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə üzvü Bağıyev Amil Famil oğludur.
2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI