"Bismak", "Çörəkçi" istehsalçısı ölkədən nə qədər valyuta çıxarıb?
Qida sektorunun tanınmış şirkətlərindən olan "Delta Qrup C.O" MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Məşhur şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
"Bismak", "Çörəkçi" istehsalçısı ölkədən pul çıxarmaqda günahlandırılır – Məhkəmə
XALQ.AZ xəbər verir ki, "Delta Qrup C.O" şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
"Delta Qrup C.O" şirkəti ilə bağlı işə 11 aprel tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Qeyd edək ki, "Delta Qrup C.O." MMC 1999-cu ildə yaradılıb. Şirkət "Anchor", "Доярушка", "Molkerei Ammerlander", "Golden Cow", "Tibet", "Nordex Food", "NZMP", "Peros" kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. "Delta Qrup C.O." MMC-nin çörək, çörək məhsulları, (marka "Çörəkçi") un, qənnadı məmulatları ("BiSmak" markası) və makaron ("Odad" markası) istehsal edən beş böyük fabriki var. "Moskva", "Qız qalası", "Buratino", "Nejnoe", "Milk", "Glucose", "Nice", "Toplyonoye moloko", "Sport", "Petit Buerre" kimi peçenye markalarının istehsalçısı da "Delta Qrup C.O." MMC-dir.Tribunainfo.az
Qarşı tərəfi dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI