Dövlət qurumunda rəislə mütəxəssis arasında DAVA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.
Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.
Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.
Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.
Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov faktı təsdiq edib: "Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 889 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr