"Maşına minməyib, deyib özüm gəlirəm, amma..."
Xəbər verildiyi kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.
Sonxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən bildirilib ki, dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:
"İtkin düşən qız 7 A sinfinin şagirdidir. Dünən sonuncu dərsdən sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Məktəb psixoloqu məşğul olurdu onunla. Yeniyetmənin valideynləri boşanandan sonra davranışlarında problem hiss olunurdu. Məktəbli ata babası, nənəsi və əmisi ilə qalırdı. İnşallah sağ-salamat tapılar".
Azyaşlının atası Elçin Süleymanov isə bildirib ki, uşağın hara getməsi ilə bağlı heç bir ehtimalı yoxdur:
"Hara gedə bilər, heç bilmirəm. Heç bir məlumatımız, ehtimalımız yoxdur. Bir az əsəbi uşaqdır. Hətta onu psixoloq yanına da qoymuşduq. Qızım nənəsi-babası ilə yaşayır. Axırıncı dəfə Qəbələyə ekskursiyaya getmək üçün icazə istədi. Bundan əvvəl iki dəfə gəzintiyə getməsinə icazə vermişdik. Bu dəfə icazə vermədik. Dedik, qız uşağıdır, yol da uzaqdır. Yeganə ehtimal edirik ki, icazə vermədiyimiz üçün əsəbləşib çıxıb gedib.
Dərsdən çıxanda anamla atam məktəbin qabağında olub. Amma maşına minməyib, deyib özüm yavaş-yavaş gəlirəm. Elə ordan da çıxıb gedib. Nə rəfiqələri, nə yoldaşları hara getdiyini bilir. Bütün qohum-əqraba, tanışlar, polis axtarır. Hazırda kameradan hara getdiyinə baxırıq. Kamera göstərir ki, axşam saat 9-da Əlimərdanlı yolunda görünüb. Ümid edirəm izinə düşüb tapa bilərik".
Qeyd edək ki, DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1954 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrQobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır
8 avqust