İtkin düşən məktəbli qız Gəncəyə gedibmiş - Sonuncu dəfə avtobusdan düşəndə görüblər
Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.
Sonxeber.az "Unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. Məktəblini xəstəxananın xadimələrindən biri görüb.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.
20:23
Tovuzun Bozalqanlı kəndində 13 yaşlı məktəblinin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.
7-ci sinif şagirdi olan yeniyetmə qızın məktəbdən çıxdıqdan sonra hara getdiyi məlum deyil.
Məktəblinin babası Zirəddin Süleymanov hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.
"Müəllim qızıma zəng edib deyib ki, son vaxtlar sözə baxmır, nəsə deyəndə eşitməzliyə vurur. Əlində yazılar və şpris tutmuşam. Müəllimlə danışmaq üçün məktəbə yollandıq, sonra isə nəvəm evə qayıtmaq adı ilə oradan uzaqlaşdı. Sonradan öyrəndik ki, çantasını sinif yoldaşına verib, qaçıb", - deyə o bildirib.
Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3494 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr