Qətli törətməzdən əvvəl status paylaşıbmış

Qətli törətməzdən əvvəl status paylaşıbmış2023-cü il oktyabrında Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxslərə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, hadisəni törədən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı 10 il 6 ay, onun qohumu və dostu olan Rəşid 10 il 6 ay, hadisənin digər iştirakçısı Hüseyn isə 9 il həbs cəzası alıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə qisas zəminində baş verib. Belə ki, Mirxəqani Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda "Məşədi Elçin" adı ilə tanınan şəxslə dalaşaraq ona xəsarət yetirib. Həmin vaxt yeniyetmə olan Böyükxan Mirxəqaniyə qisas hissi bəsləyib və onu öldürməyi planlaşdırıb.

Bu məqsədlə o, dostları ilə plan qurub. Həmçinin Böyükxan cinayəti törətməzdən əvvəl sosial şəbəkədə atasının qisasını alacağı ilə bağlı status paylaşıb.

"BAXA777" adlı açıq hesabında 19 oktyabrda bir hissəsini təqdim etdiyimiz təhdid dolu paylaşım edib: "Çox yaşa atam. Allah ömrünə ömür qatsın. Cəlilabadın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən. Şərəfsizlər, qeyrətsizlər qədrini bilmədilər. Vaxt o vaxt olacaq ki, ayağına gələn həmin şəxsləri *** elətdirəcəyəm".

O, oktyabrın 24-ü Bakıdan Cəlilabada gedib və dostlarının köməyi ilə Mirxəqaninin olduğu yeri izləyib. Böyükxan Mirxəqani Cəlilabad şəhərində aptekdən çıxarkən ona hücum edərək bıçaqla qətlə yetirib.

Hadisə ərazidəki kameraya düşüb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1731   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust