Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prokurorluq tərəfindən toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən gömrük kapitanı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcək. Ona qarşı verilmiş ittihamlar təsdiqini taparsa, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
İlk iclas gələn həftə keçiriləcək.
Qeyd edək ki, Ə.Mirzəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru işləyib.
Onun öz qulluq mövqeyindən istifadə edərək vətəndaş Səfər Həsən oğlu Səfərovla qabaqcadan əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3 145 qram) qızıl külçənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1797 Tarix: 05 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrQobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır
8 avqust