Doğum evində anasının adı səhv yazıldı - Məktəbə qeydiyyata düşə bilmir
Cəlilabadda 6 yaşlı Malik məktəbə getmək üçün qeydiyyata düşə bilmir.
Bu şikayətlə "Qafqazinfo"ya uşağın atası Xalid Quliyev müraciət edib. Səbəb isə çox qəribədir: Azyaşlının anasının adı doğum evində səhv yazılıb...
X.Quliyevin sözlərinə görə, xəstəxanadakı yanlışlıq səbəbindən övladına indiyə kimi heç bir sənəd, o cümlədən, doğum haqqında şəhadətnamə də ala bilməyib: "Oğlum 2019-cu ildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında doğulub. Doğularkən xəstəxanadan ona verilən sənəddə anasının adı səhv qeyd olunub. Yoldaşımın sənəddə adı Şəbnəmdir, amma el arasında ona Zəhra deyirlər. Həmin sənəddə də Zəhra yazıldığına görə ona doğum haqqında şəhadətnamə ala bilmirəm. Halbuki öz səhvlərini düzəltməlidirlər".
Ata deyir ki, yaşadıqları Cəlilabadın Alar kəndinin İcra Nümayəndəliyinin verdiyi arayışda da ananın Şəbnəm olması təsdiqlənib. Amma bu da məsələnin həllinə kömək edə bilməyib.
Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Ədliyyyə Nazirliyindən isə müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş edilməlidir: "Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir və yalnız bundan sonra doğum dövlət qeydiyyatına alınmaqla valideynlər doğum haqqında şəhadətnamə ilə təmin edilirlər.
Qeyd olunan halla əlaqədar vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş olunmalıdır".
Surxay Şahbazov


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1529 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr