Çoxuşaqlı analar daha tez pensiyaya çıxa bilərmi? - AÇIQLAMA
Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız kəmiyyət deyil, keyfiyyət psinsipi ilə müəyyən edilməlidir:
"Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir. 5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin".
Bəs görəsən bu təklif təklif reallaşa bilərmi?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az -a açıqlama verib:
"Əvvələr üçdən çox övladı olan valideyinlər 57 yaşdan etibarən sosial müavinət alırdılar. Pensiya yaşına çatdıqda isə özləri seçirdilər - pensiya alsınlar yoxsa müavinət. Həmin sistem təxminən 6-7 il əvvəl ləğv edildi. Hazırda çoxuşaqlı analar daha tez pensiyaya çıxa bilir. Lakin, çoxuşaq dedikdə övladlarının sayı altıdan çox olan valideyinlər nəzərdə tutulur. Bizim ölkədə altıdan çox uşağı olan ailə sayı azdır. Düşünürəm ki, çoxuşaqlılıq meyyarı azaldılmalıdır və daha sonra yeni meyyara əsasən çoxuşaqlı anaları daha tez pensiyaya çıxarmaq təklifi real ola bilər. Altı yox, üç-dörd uşaqlı anaları çoxuşaqlı ana hesab etmək olar. Daha sonra isə bu meyyara əsasən pensiya yaşını azaltmaq olar. Təbii ki, bu addım ailələrə böyük dəstək olar, lakin bu halda da uşağı olmayan anaların haqqını tapdamaq olmaz. Övladı olmayan, sağlamlıq imkanları məhdud olan qadınları da düşünmək lazımdır. Bütün bunları nəzərə alıb qadınların pensiya yaşını nəzərə alıb yaş meyyarını da azaltmaq olar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2144 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr