"Süni intellekt texnologiyalarının təhsildə geniş tətbiqi müəllimin rolunun dəyişməsinə gətirib çıxarır" - AÇIQLAMA

"Süni intellekt texnologiyalarının təhsildə geniş tətbiqi müəllimin rolunun dəyişməsinə gətirib çıxarır" - AÇIQLAMASüni intellektin sürətli inkişafı və həyatın müxtəlif sahələrinə inteqrasiyası son illər təhsil sisteminə də ciddi şəkildə təsir etməyə başlayıb. Bu texnologiya artıq sadəcə eksperimental bir anlayış deyil, reallığın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə pandemiya dövründən sonra rəqəmsal alətlərə və avtomatlaşdırılmış öyrənmə mexanizmlərinə olan tələbatın artması süni intellekt texnologiyalarının təhsildə geniş tətbiqini sürətləndirdi. Lakin bu prosesin faydaları ilə yanaşı, mənfi tərəfləri də getdikcə daha aydın şəkildə özünü göstərməyə başlayır.

Bəs görəsən süni intellektin təhsilə hansı mənfi təsirləri var?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"İlk növbədə qeyd edilməlidir ki, süni intellekt texnologiyalarının təhsildə geniş tətbiqi müəllimin rolunun dəyişməsinə gətirib çıxarır. Əvvəllər təhsilin əsas mərkəzi olan müəllim, informasiya ötürən, yoxlayan və istiqamət göstərən bir fiqur kimi çıxış edirdi. İndi isə bu funksiyaların bir qismini süni intellekt alətləri yerinə yetirir: esse yazmaq, testləri cavablandırmaq, mətnləri analiz etmək, hətta dərs planları hazırlamaq mümkündür. Bu vəziyyət, təhsilin insani tərəfini kölgədə qoyaraq, öyrənməni texniki bir prosesə çevirə bilər. Bu baxımdan təhsil sistemindəki transformasiyanın yalnız texniki deyil, həm də etik, pedaqoji və sosial tərəfləri də ciddi müzakirəyə çıxarılmalıdır.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 5.1.2-ci maddəsində vurğulanır ki, təhsilin əsas prinsiplərindən biri "şəxsiyyət yönümlülükdür". Süni intellekt isə bu prinsipi texnologiya yönümlülüyə dəyişmək təhlükəsi ilə qarşı-qarşıya qoya bilər. Çünki şəxsiyyət yönümlü təhsil yalnız bilik ötürülməsi ilə deyil, tənqidi düşüncə, emosional zəka, sosial bacarıqlar və insani münasibətlərin inkişafı ilə bağlıdır. AI alətləri isə hazırda bu sahədə hələ insanla rəqabət apara biləcək səviyyədə deyil".

Süni intellekt gələcəkdə kimləri işsiz qoyacaq?

"Təhlillər göstərir ki, süni intellektin təsiri ilə müəyyən sahələrdə işsizlik riski artıq real bir ssenariyə çevrilməkdədir. Dünya İqtisadi Forumunun 2023-cü il hesabatına görə, 2030-cu ilə qədər təxminən 85 milyon iş yeri avtomatlaşdırma səbəbilə yox ola bilər, lakin əvəzində 97 milyon yeni, texnologiyaya əsaslanan iş yeri yaranacaq. Bu dəyişikliklərdən ən çox təsirlənən sahələrdən biri də tədris və təlim xidmətləri olacaq. Xüsusilə repetitorluq, standart test hazırlığı və qiymətləndirmə xidmətləri süni intellektin ən rahat əvəz edə bildiyi sahələrdəndir. Çünki bu işlər alqoritmikdir, təkrarlanan xarakter daşıyır və cavab verilməsi konkret bilgi üzərində qurulub.

Lakin süni intellektin əvəz edə bilməyəcəyi sahələr də var. Əməkdaşlıq, liderlik, empatiya, emosional tənzimləmə, yaradıcı düşüncə və insan münasibətləri kimi bacarıqlar — yəni "yumşaq bacarıqlar" — hələ də insan təlimçilərinə və müəllimlərinə ehtiyac duyur. Dünya təcrübəsində, məsələn Finlandiyada, süni intellekt texnologiyaları təhsildə yalnız yardımçı vasitə kimi tətbiq olunur, əsas vurğu isə müəllim-şagird münasibətinin qorunması, layihə əsaslı öyrənmə və sosial inkişaf üzərində saxlanılır. ABŞ-da isə məktəblərdə süni intellektin tətbiqi zamanı etik prinsiplər əsaslı kurikulumlar hazırlanır və şagirdlərə "AI ilə işləmə bacarığı" deyil, "AI-i etik istifadə bacarığı" öyrədilir.

Süni intellektin təhsilə mənfi təsirlərindən biri də akademik dürüstlüyün zədələnməsi ilə bağlıdır. Artıq bir çox şagird və tələbə ev tapşırıqlarını, esseləri və hətta diplom işlərini süni intellekt vasitəsilə hazırlayır. Bu isə təhsilin keyfiyyətini, biliklərin dərinliyini və şəxsi bacarıqların inkişafını zəiflədir. Azərbaycan universitetlərində artıq bəzi müəllimlər tələbələrin təqdim etdiyi yazılı işlərin AI tərəfindən yazılıb-yazılmadığını müəyyən etməkdə çətinlik çəkdiklərini etiraf edirlər. Bu, qiymətləndirmə sistemində də etimad böhranı yaradır.

Müsbət tərəfdən isə qeyd edilməlidir ki, süni intellekt vasitəsilə fərdi təhsil imkanları genişlənir. Hər bir şagirdin öz tempinə uyğun öyrənmə, zəif tərəflərinə fokuslanma və maraq dairəsinə uyğun resurslardan istifadə imkanı yaranır. Xüsusilə xüsusi ehtiyacı olan şagirdlər üçün AI əsaslı platformalar fərdiləşdirilmiş dəstək təqdim edir. Bu, inklüziv təhsil üçün böyük üstünlükdür. Eyni zamanda, müəllimlər tədris planlarının avtomatlaşdırılması, qiymətləndirmənin optimallaşdırılması və şagirdlərin inkişaf dinamikasını izləmək baxımından AI alətlərindən səmərəli faydalana bilərlər.

Nəticə olaraq, süni intellekt təhsildə və peşə dünyasında dərin transformasiyalara yol açır. Bu texnologiyanın gətirdiyi imkanlar danılmazdır, lakin təhsilin mahiyyətini – insani və mənəvi yönünü qorumaq əsas prioritet olmalıdır. Gələcəkdə insanları AI-dən fərqləndirən yeganə üstünlük məhz yaradıcı düşüncə, empatiya və sosial məsuliyyət olacaq. Bu səbəbdən təhsil sistemləri yalnız texnoloji savadlılıq deyil, etik və humanist dəyərlərlə zəngin bacarıq profili formalaşdırmalı və süni intellekti insan potensialını tamamlayan vasitəyə çevirməlidir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1939   Tarix: 08 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr