"Çoxuşaqlı anaların erkən yaşda pensiyaya çıxması ilə bağlı qərar qəbul oluna bilər" - AÇIQLAMA

"Çoxuşaqlı anaların erkən yaşda pensiyaya çıxması ilə bağlı qərar qəbul oluna bilər" - AÇIQLAMA"Çoxuşaqlı anaların erkən yaşda pensiyaya çıxması praktikası bir çox ölkə qanunvericiliyində nəzərdə tutulur və praktikada tətbiq olunur. Rusiya, Ukrayna, Polşa, Macarıstan və s. kimi bir sıra ölkədə bu praktikalar hazırda aktivdir. Hətta Polşada 4 və ya daha çox uşaq böyütmüş analara yaşından asılı olmayaraq dövlət tərəfindən minimum pensiya verilir. Azərbaycanda da bu kimi yanaşmaların tətbiq olunması ehtimal daxilindədir. Təzəlikcə Milli Məclisin iclasında millət vəkili Vüqar Bayramovun bu tipli bir təklif irəli sürdüyünü də bilirik".

Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, 4 və daha artıq övladı olan analara minimal pensiya məbləği ömürlərinin sonuna qədər verilməli və ya daha tez təqaüdə çıxmaq imkanı yaradılmalıdır:

"Mümkündür ki, müzakirələrdən sonra belə bir qərar qəbul olunsun. Hazırda ölkəmizdə çoxuşaqlı analar daha tez təqaüdə çıxa bilirlər, amma problem budur ki, hazırki qanunvericiliyimə görə "çoxuşaqlı" anlayışı altıdan çox övladı olan analara şamil olunur. Düşünürəm ki, bu yanaşma artıq zamanın tələbləri ilə ayaqlaşmır. Qlobal müasir tendensiya göstərir ki, ailələr getdikcə "təkuşaqlı ailə" statusuna doğru təkamül edirlər. Belə bir şəraitdə hətta 3 uşaqlı ana belə "çoxuşaqlı" sayıla bilər. Zənnimcə çoxuşaqlılıq anlayışında düzəliş edilməli və bu statusa yiyələnmək üçün tələb olunan övlad sayı heç olmasa 4-ə endirilməlidir. Müvafiq olaraq 4 və daha artıq övladı olan analara ya minimal pensiya məbləği ömürlərinin sonuna qədər verilməli (Polşa misalında olduğu kimi), ya da ən azından, daha tez təqaüdə çıxmaq imkanı (normadan 10 il daha tez)  verilməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2343   Tarix: 08 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr