Ceyhunun qətli ilə bağlı komandirinə - 5 il həbs tələbi
Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror yekun nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən polkovnik Samir Həziyev və hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Bu əsasla S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Həmçinin sərbəst mühakimə edilən A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.
Vəkillər Orxan Zeynalov və Kəramət Əliyevə müdafiə çıxışına hazırlanmaları üçün aprelin 17-dək vaxt verilib.
Samir Həziyev və Aydın Quliyev Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham edilirlər.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 balla ADA Universitetinə qəbul olunub. O, 2024-cü ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, iki gün sonra qətlə yetirilmiş halda tapılmışdı.
Sail Ağasəlim
Fotoda: Samir Həziyev
Fotoda: Aydın Quliyev

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1840 Tarix: 11 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabrŞamaxıda qadın su çənində boğuldu
Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
11 noyabrAtasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiy
12 noyabrAliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrProkuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı
16 noyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabr