"Yapı Kredi Bank Azərbaycan" ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin "ərimə"
"Yapı Kredi Bank Azərbaycan" 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub. Bununla belə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Hesabat dövründə bankın faiz gəlirləri 6,2% artaraq 11,34 milyon manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,79 mln. manat) müşahidə edilib.
İlk rübdə "Yapı Kredi Bank Azərbaycan"ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan (I rüb 2024) 2,01 milyon manata yüksəlib.
Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıdır.
Nəticədə bankın xalis faiz gəliri 3,7% azalaraq 9,34 milyon manata enib. Yəni faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb.
Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına 1 milyon manat artaraq bu ilin ilk rübündə 6,46 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 11,14 milyon manatdan 11,59 milyon manata yüksəlib.
Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 17,4% azaldaraq 3,39 milyon manatdan bu ilin ilk rübündə 2,8 milyon manata endirib.
Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 520.93 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43% azalmda deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 921,3 min manat təşkil edib.
Maraqlıdır ki, son üç ayda "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 23%-dən çox və ya 170,3 milyon manat "əriyərək" 560 milyon manata, cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Cəmi kapitalı isə 2,4% artaraq 112,67 milyon manata bərabər olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI
Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı
17 iyul 2021Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo
24 iyul 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub
17 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021