9 yaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqlayıb
Bakıda tükürpədən cinayət hadisələrindən daha biri üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, bu cinayətin təqsirlisi 37 yaşlı kişi, zərərçəkmişi isə 9 yaşlı uşaqdır.
İttihama görə, 9 yaşlı Ayla (bütün ad-soyadlar şərtidir) anasının nikahdankənar münasibətdə olduğu kişi tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.
Özü də bu hal bir dəfə baş verməyib. Təqsirləndirilən Ramin Əsədov Aylaya qarşı nalayiq hərəkətləri əsasən anası içkili vəziyyətdə yuxuda olarkən edib. Azyaşlı başına gələnləri anasına deməkdən qorxduğu üçün susmaq məcburiyyətində qalıb.
Növbəti dəfə Ramin eyni hərəkəti edərkən Aylanın anası bunu görüb. Həmin vaxt ana əsəblərini cilovlaya bilməyərək "niyə belə etdin, niyə etdin?" - deyərək Ramini bıçaqlayıb. Sonuncu qan içində özünü təcili yardıma çatdıra bilib. Məhkəmə hökmü ilə qadına həbslə bağlı olmayan cəza verilib.
Təqsirləndirilən Ramin isə ittiham edildiyi 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə razılaşmayıb. O, birlikdə yaşadığı qadının ondan 300 manat pul istədiyini, məbləği vermədiyi zaman isə ona şər atdığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi zərərçəkmişi, qanuni nümayəndəni və şahidləri dinlədikdən sonra müttəhimi ittihamla təqsirli bilib. Hökmə əsasən, Ramin 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cinayətinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1646 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Haqverdiyev azadlığa buraxıldı
Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela
1 mayAzərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə
11 aprelAzərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib
2 iyunSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni
10 aprelPsixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var
Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili
22 aprelFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y
16 aprelƏməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir
Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. "Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib. O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasın
24 aprelQaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind
7 aprel22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi
Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis
6 may