Sakinlərin narazılığı böyüyür: "Viləşçay" MTK heç bir qanuna riayət etmir"
"Viləşçay" tikinti şirkəti ilə sakinlər arasında baş verən narazılıq böyüyür.
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin sakinlərindən olan İslam Mahmudov Qaynarinfo-ya açıqlamasında "Viləşçay" MTK-nın açıq-aşkar özbaşınalıqla məşğul olduğunu bildirib:
"Yəni heç bir dövlət qanunlarını tanımır, heç bir qanuna riayət eləmir. 2018-ci ildə bina təhvilə getdiyi halda bu adam yenə də hegomonluq edir. Burada bir ailə şirkəti yaradıb, sakinlərin müraciətinə və şikayətinə baxmır. Binanı ata malı kimi istifadə edir. Binanı təhvil verib, pulunu almısan, vəssalam. Bu gün də MTK olaraq binanı idarə edirlər. Əslində idarə etmirlər, camaatdan pul yığırlar, bundan əlavə, onların heç bir xidməti yoxdur".
İslam Mahmudov vurğulayıb ki, sözügedən binanın sakinləri MMC yaradıb, binanı özləri idarə etmək istəyir:
"Biz 4-5 aydır ki, bu MMC-ni yaratmaq üçün vuruşuruq. Kim sənəd verirsə, MTK ona bir ziyan vurur, gah işığın kəsir, gah qiymətləri qaldırır, əlindən gələn hər pisliyi edir ki, bu MMC yaranmasın. İnsanlara hədə-qorxu gəlir".
İslam Mahmudov "Viləşçay" MTK-nın heç bir əməkdaşı ilə müqavilə bağlamadığını diqqətə çatdırıb:
"Xadimə, mühafizə və s. əməkdaşlarının heç biri ilə müqaviləsi yoxdur. Hamısını qeyri-qanuni işlədir, ayda 300-350 manat verir, halbuki 400 manat maaş yazır. Buradan ev alan sakinlərin heç birinin İsrafil Hüseynovla müqaviləsi yoxdur. Birinə oğlunun, birinə gəlininin, birinə yeznəsinin adını yazıb ki, guya MTK-nın direktoru onlardır. Hamısı ilə də MTK-nın direktoru olaraq müqavilə bağlayıb. Bu binada sənədi yerində olan bir sakin yoxdur. Nəyinsə gücünə binanı idarə edir".
Qeyd edək ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət "Viləşçay" Yaşayış Kompleksinin sakinləri tikinti şirkətindən narazılıq edir. Bununla bağlı ATV-də süjet təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 15 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr