Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyuldu
Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib.
Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 678 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Best Beef" kolbasalarında zərərli maddələr
Son illər bazarda "keyfiyyətli", "ət məhsulu" adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. "Best Beef" müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur. Məhsulun etiketind
14 yanvarMənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət
Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunmasına münasibət bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:. "Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Raz
13 yanvarBir-birinə yapışan evlər: Xırdalanda xaotik vəziyyət (VİDEO)
Xırdalanda sıx şəkildə inşa edilən həyət evləri sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Mütəxəssislərin fikrincə, bu evlərin böyük əksəriyyəti layihə tələblərinə uyğun tikilməyib. Üstəlik, evlər arasında demək olar ki, heç bir məsafə saxlanılmayıb. Bu isə fövqəladə hallar, xüsusilə yanğın zaman
14 yanvarAzərbaycanda ötən il orta illik inflyasiya 6 %-ə yaxın olub
2025-ci ildə Azərbaycanda istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artı. Bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumat
14 yanvarXəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Bu barədə -a agentlikdən məlumat verilib. Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarı
13 yanvarAsfaltlanandan bir gün sonra çökdü - Fotolar - Yenilənib
Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki səkidə asfalt qatı çöküb. -a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ərazidə apardığı qazıntıdan sonra səkiyə asfalt örtüyü çəkilib. Bundan cəmi bir gün sonra yeni çəkilən qat tamamilə çöküb. *. İri Şəhərlərin Birləşmiş S
13 yanvarBakıda sakinlər həyətlərindəki mərasim evindən şikayət etdilər
Paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsinin sakinləri ərazidə yerləşən "Şah dərgahı" mərasim evindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, burada yas mərasimləri keçirildiyi zaman məhəllədə avtomobillərin sıxlığından hərəkət etmək qeyri-mümkün olur. Vətəndaşlar məsələ ilə bağlı dəfələrl
13 yanvar