Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Mirzəyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
"Qafqazinfo"nun məlumatına görə, 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək Fond sədrinin müavini vəzifəsini tutub.
BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.
2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.
2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2020-ci ildən DSMF-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.
20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.
Qeyd edək ki, Himalay Məmişov dünən Prezidentin Sərəncamı ilə DSMF sədri vəzifəsindən azad edilərək maliyyə nazirinin müavini təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 930 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diplomun iş tapmaqda rolu getdikcə azalırmı? - AÇIQLAMA
Son illər əmək bazarında ciddi dəyişikliklər müşahidə olunur. Artıq işəgötürənlər üçün təkcə diplom yox, insanın real bacarıqları, təcrübəsi və özünü necə inkişaf etdirməsi daha ön plana çıxır. Bu isə "Ali təhsil hələ də uğurun açarıdırmı?" sualını gündəmə gətirir. Məhz bu aktual mövzu il
14 yanvarNazir generalı təqaüdə göndərdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib. Bununl
13 yanvarXırdalan bazarında antisanitar vəziyyət - Video
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satış bazarında yoxlama aparıb. XALQ xəbər verir ki, baxış zamanı bazarda qid
13 yanvarOğuz RİH başçısının hesabat yığıncağı keçirilib
13 yanvar 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Oğuz Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbayca
13 yanvarAzərbaycan Vaqif Xaçatryan və daha 3 nəfəri Ermənistana təhvil verdi
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani v
14 yanvar