Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"

Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"Naxçıvanda bacısını öldürən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı Ruslan Əlili bacısı Elfanə Əliyevanı küt alətlə ağır xəsarətlər yetirərək qətlə yetirib.

Hadisə Culfa rayonunda baş verib. Ruslan bacısının səhv hərəkətlər etdiyini düşünərək onu qətlə yetirib. Ruslan ilk dəfə bacısının başqa bir şəxslə qaçmasına, iki gün sonra evə qayıtmasına qəzəblənib. Lakin bununla bağlı bacısına heç bir irad bildirməyib.

Ruslan bacısının sonradan 43 yaşlı şəxsə ərə getməsinə də narazılıq edib və bunu da özünə təhqir hesab edib. Ruslanın bacısını öldürməyə qərar verməsinə səbəb olan hadisə isə maraqlıdır. Hadisədən bir neçə gün əvvəl Elfanə qardaşı Ruslanın evinə gəlib və onun arvadının alt paltarlarını götürərək su kanalına atıb. Ruslan bunu özünün namusuna xələl gətirilməsi kimi qiymətləndirib. Bundan sonra bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının onlara gəlməsini gözləyib. Hadisə günü Ruslan həyətdə uzunluğu bir metr olan dəmir parçasını qapının arxasında gizlədib. Bacısının evə gəlməsini gözləyib.

Elfanə qapıdan həyətə keçən kimi Ruslan ona zərbələr endirməyə başlayıb. Ruslanın bacısına sözləri isə belə olub: "Namusumu küçələrə atmısan".

Əməlindən peşman olduğunu deyən Ruslan bacısını xüsusi amansızlıqla öldürmədiyini söyləyib. Bildirib ki, hadisə zamanı bacısı ona yalvarmayıb, aman diləməyib. Onun sözlərinə görə ilk zərbədən sonra Elfanə yıxılıb və ona müqavimət göstərə bilməyib.

Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1592   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021