Musiqili Teatrda "saqqız davası": Xalq artisti ilə müğənni dalaşıb?
Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.
Qaynarinfo-ya daxil olan məlumata görə, olay mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.
Hadisə Xalq artsiti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə Almaz Ələsgərovanın saqqız çeynəməsi olub.
Afaq Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə iştirakçılara səslənib. Bu zaman Almaz Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.
Qeyd edilir ki, bundan sonra Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir Adil Kərimlinin teatra girişindən sonra səngiyib.
Qaynarinfo məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Afaq Bəşirqızı açıqlamasında "Onu deyən qələt edir. Almaz hara, mən hara?!" deməklə kifayətlənib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR
Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib
28 iyun 2021Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...
Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə
8 sentyabr 2021Alişan Bakıdadır - Konsert verəcək + FOTO
Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü
11 sentyabr 2021Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO
Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı
18 iyul 2021Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident
29 avqust 202116 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq
Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə
25 avqust 2021