Putin Kiyevlə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu dedi
"Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü zamanı Rusiya tərəfinin Ukrayna ilə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu təsdiqləyib".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən məlumat verib.
"Vladimir Putin Trampın nümayəndəsi Uitkoffla dünənki söhbəti zamanı təkrar edib ki, Rusiya tərəfi heç bir ilkin şərtlər olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır", - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında ilin əvvəlindən bəri dördüncü görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov söhbətin üç saat davam etdiyini və "konstruktiv, olduqca faydalı xarakter" daşıdığını bildirib. Tramp Uitkoffun Putinlə görüşünü "yaxşı" adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 704 Tarix: 26 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Tulsi Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Qabbar
24 mayDanimarkada yeni hökuməti formalaşdırmaq mümkün olmayıb
Danimarkada Liberal Partiyanın lideri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib. "Report"un "Ritzau" agentliyinə istinadən xəbərinə görə, siyasətçi danışıqların uğursuzluğu barədə Kral X Frederikə məlumat verəcəyini bildirib. Liberal Partiyanı
24 mayTramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 mayABŞ ordusunda hərbçilərin sayını artırır
ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi
24 mayABŞ gündəmini silkələyən xəbər: Donald Trampın oğlu gizli evləndi
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib. xəbər verir ki, bu barədə "People" nikah sənədinə istinadən məlumat yayıb. Məlumata görə, toy mərasimi Florida ştatının Uest-Palm-Biç şəhərində Bettina Andersonun bacısı Kristinanın evind
24 may"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU
24 may