Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər
Yaxın vaxtlarda Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.
Onun sözlərinə görə, hazırda balıq məhsullarının istehsalı və ixracı məhdud olsa da, bu sahədə böyük potensial mövcuddur və ondan istifadə olunması üçün iş aparılır.
"Bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyində balıq istehsalçıları və emalçıları ilə görüş keçirildi, bir sıra məsələlər müzakirə olundu. Son vaxtlar balıqçılıqla bağlı təklif və təşəbbüslər irəli sürülüb, bunların da əsas məqsədi sektorun inkişafını sürətləndirmək, istehsal və ixrac imkanlarını genişləndirməkdir. Bu sahəyə yönəlik subsidiya mexanizmlərinin tətbiqinə dair müzakirələr gedir. Subsidiya proqramları həm istehsalçıların maliyyə yükünün azaldılması, həm də texniki və infrastruktur imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Hazırda ölkədə bir neçə şirkət balıqçılıqla məşğuldur. Lakin dəstək mexanizmlərinin hesabına yeni istehsalçıların bazara daxil olması proqnozlaşdırılır. Eyni sözü ixracla bağlı da demək olar. Hələ ki, bir şirkət nərəkimilərin yetişdirilməsinə və ixracına böyük investisiyalar qoyur. Bu layihənin əsas hədəfi 2026-cı ildən nərəkimilərin ixracına başlamaqdır. Bu təşəbbüs, həm daxili bazarın tələbatının ödənilməsi, həm də beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - deyə sədr qeyd edib.
Z.Salmanlının sözlərinə görə, ölkənin Mingəçevir şəhəri və Yevlax rayonu balıqçılıq baxımından daha aktiv bölgələr hesab olunur: "Eyni zamanda, Neftçala və Salyan rayonlarında da balıqçılıq təsərrüfatları fəaliyyət göstərir. Bununla belə, Kür çayında suyun səviyyəsinin azalması və su ehtiyatlarının məhdudlaşması bu regionlarda balıqçılığın inkişafına maneə yaradır. Digər problem balıqçılıq təsərrüfatlarının dövlət qeydiyyatına alınmasında olan çətinliklərdir. Hazırda qeydiyyatla bağlı səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir, lakin yaxın gələcəkdə bu funksiyanın Kənd Təsərrüfatı Nazirliyinə verilməsi nəzərdə tutulur. Qeydiyyat proseduru sadələşdirilsə və sektor daha effektiv şəkildə tənzimlənsə, bu balıqçılığın inkişafl baxımından əhəmiyyətli ola bilər".
"Azərbaycanda balıqçılıq alternativ və davamlı iqtisadi inkişaf sahəsi kimi qiymətləndirilə bilər. Lakin bunun üçün həm infrastrukturun gücləndirilməsi, həm də ekoloji problemlərin – xüsusilə su ehtiyatlarının idarə olunmasının – effektiv həlli vacibdir. Dövlət dəstəyi, investisiyalar və elmi yanaşma balıqçılıq sektorunun gələcək inkişafında həlledici rol oynayacaq",- deyə əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu