Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində yaxın dost və strateji tərəfdaş ölkə olan Çin Xalq Respublikası ilə Azərbaycan arasında möhkəmlənən qarşılıqlı əlaqələrə, o cümlədən hər iki dövlətin regional və qlobal layihələrdə intensiv artan təşəbbüskarlığına, həmçinin beynəlxalq münasibətlər sistemində strateji yerinə və fəal roluna diqqət çəkdi. Beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi izlənən bu müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.
Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, "Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm".
Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb.
Qeyd edilib ki, Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir. Bu gün Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir. Azərbaycanın Çində 6 Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycandan artıq Çinə şərab ixracıba başlanılıb. "Kəmər və Yol" layihəsinə gəlincə, ölkəmiz üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Azərbaycan bu marşrut üzərində şirkətlər qurmaq istəyir, çünki ölkənin coğrafi mövqeyi çox əlverişlidir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illərdə görülən işlər nəticəsində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib, dəmir yolları, dəniz limanları, magistral yollar inşa edilib və ya əsaslı şəkildə yenidənqurulub. Beləliklə, əsas hədəf bu marşrut üzərində biznes qurmaqdır. Bu istiqamətində işlərdə Çin şirkətləri də yaxından iştirak edir. Onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalayıblar.
Azərbaycan "Bir kəmər, Bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biridir. Bu təşəbbüs ikinci onilliyə qədəm qoydu və hələ görüləcək çox işlər var. Azərbaycanda yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaradılıb. Bu gün ölkənin nəqliyyat infrastrukturu və həmçinin gömrükdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu da yalnız başlanğıcdır. Ümid edirik ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaqdır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu