Roma Papası ilə vida mərasimində yerə Azərbaycan xalçası döşənmişdi? - ŞƏRH

Roma Papası ilə vida mərasimində yerə Azərbaycan xalçası döşənmişdi? - ŞƏRHAprelin 21-də vəfat edən Roma Papası Fransisklə vida mərasimi onun Vatikandakı iqamətgahının kapellasında keçirilib.

Orada tabutun altında sosial şəbəkələrin Azərbaycan seqmentində çoxlu suallar doğuran xalça görünüb. Əsas sual isə "Bu, Azərbaycan xalçasıdırmı?" olub.

Oxu.Az bu sualın cavabını tapmaq məqsədilə xalçaçı rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Bədii toxuculuq və xalça sənəti kafedrasının professoru Məmmədhüseyn Hüseynova müraciət edib.

Ekspert qeyd edib ki, bu, Cənubi Azərbaycanda, yəni İran ərazisində olan soydaşlarımız tərəfindən toxunmuş klassik kompozisiyalardan biridir:

"Bu xalça dünyada İran xalçası kimi tanınır, lakin əslində Təbriz qrupuna məxsusdur və "Heriz" adlanır. Xalçanın kompozisiyası, ümumi forması həmin tərzdə toxunub. Papa ilə vida mərasimində döşənən xalça "Heriz"dən bəzi elementləri ilə fərqlənir, lakin quruluşu və həndəsi elementlərin mövcudluğu xalçanı bu qrupa aid edir.

Əlbəttə, bu xalçanı artıq təkmilləşdiriblər və yeni kompozisiyalara bütün İranda rast gəlmək mümkündür. Lakin sxematik tərtib azərbaycanlılar tərəfindən yaradılıb. Bu xalçalar XVI-XVIII əsrlərdə çox populyar olublar. Onları ipəkdən və qarışıq materiallardan toxuyaraq, dünyanın hər guşəsində, o cümlədən Avropada satırdılar".

M.Hüseynov əlavə edib ki, Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun kitabında bu xalça haqqında ətraflı məlumat var.

Roma Papası ilə vida mərasimində yerə Azərbaycan xalçası döşənmişdi? - ŞƏRH


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1261   Tarix: 27 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr