Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 gözlənilməz fakt

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 gözlənilməz faktMelaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yoldaşıdır.

Lent.az xarici mediaya istinadla bu gün 55 yaşını qeyd edən Amerikanın birinci xanımı haqqında maraqlı faktları təqdim edir.

Çoxsaylı Qərb nəşrləri yazır ki, Melaniya ABŞ-ın heç bir birinci xanımı kimi deyil. Bunun niyə belə olduğunu səbəbi.

Melaniya sələflərindən qat-qat özəldir və vaxtının çox hissəsini diqqət mərkəzindən uzaqda keçirir, lakin eyni zamanda, o, tez-tez müxtəlif qalmaqallarda da iştirak edib.

1. O, Amerika tarixində ABŞ-dan kənarda, Sloveniyada doğulmuş ikinci birinci xanımdır. Xaricdə doğulmuş yeganə birinci xanım İngiltərədə doğulmuş ABŞ-ın altıncı prezidenti Con Kuinsi Adamsın həyat yoldaşı Luiza Ketrin Conson olub.

2. Doğma sloven dilindən əlavə o, başqa beş dildə də sərbəst danışır: ingilis, alman, fransız, italyan və serb-xorvat. Melaniya Tramp əsl poliqlotdur.

3. Onun böyüdüyü kiçik Sevnitsa şəhərində çoxlarının pulu olmasa da, Melanija Knavsı (qızlıq soyadı) tanıyanlar onun həmişə çox ağıllı olduğunu və heç vaxt mağazadan paltar geyinmədiyini deyirlər. Bu gün Melaniya Tramp öz dəbinə çox vaxt ayırır və onun görünüşü həmişə qüsursuzdur.

4. Donald Tramp daha əvvəl 1992-ci ilə qədər İvana Trampla, 1999-cu ilə qədər isə Marle Meypls ilə evli olub. Melaniya onun üçüncü arvadı və Trampın hər üç arvadından yeganə birinci xanım olub.
5. Melaniya həm də ABŞ-ın ana dili ingilis dili olmayan yeganə birinci xanımdır.

6. O, Lyublyana universitetində Memarlıq və Dizayn fakültəsini oxuyub, lakin birinci kursdan sonra təhsilini yarımçıq qoyub Milana köçüb. 16 yaşında Melaniya Knavs modellik karyerasına başlayıb. Milanda və Parisdə moda nümayişlərində iştirak edib və kifayət qədər uğur qazanıb. Onun fotosessiyaları Sports Illustrated, Vanity Fair, Vogue, Harper's Bazaar və GQ-da dərc olunub. O, həmçinin 2000-ci ildə Britaniyada GQ üçün çəkiliş də daxil olmaqla jurnallar üçün çılpaq pozalar verən yeganə birinci xanımdır.

7. Melaniya həm də Amerikanın ən uzun boylu birinci xanımlarından biridir (boyu 180 santimetrdir). O, ən uzun boylu birinci xanım titulunu Mişel Obama və Eleanora Ruzveltlə bölüşür.

8. Melaniya Tramp katolik olan ikinci birinci xanımdır - birincisi Jaklin Kennedi olub

9. Digər birinci xanımlardan fərqli olaraq, Melaniya Tramp Ağ evə köçməyi ərinin birinci prezidentliyinə beş aya qədər gecikdirib. Buna səbəb onların oğlu Berronun Nyu-Yorkdakı məktəbdə beşinci sinfi bitirməsi idi. Donald Trampın ikinci dəfə ABŞ prezidentliyi zamanı vəziyyətin necə olacağını zaman göstərəcək.

10. Melaniya Trampla bağlı çoxlu söz-söhbətlər və sui-qəsd nəzəriyyələri var, o cümlədən onun, ümumiyyətlə, Ağ evdə yaşamaması. Ağ evin bəzi köməkçilərinə görə, Tramplar birlikdə çox az vaxt keçirirlər və ya heç vaxt keçirmirlər, ayrı yataq otaqlarında yatırlar və müxtəlif cədvəllərə malikdirlər. Cütlük, təbii ki, bu barədə açıqlama verməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1506   Tarix: 27 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq

Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun

23 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr