Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ

Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub. Hüseyn dəhşətli qətli törətməzdən əvvəl arvadının saçlarını kəsib, onu döyərək telefonla çəkib.

Sonxeber.az Musavat.com-a istinadla xəbər verir ki, Hüseyn Kazımov arvadı Ayşən Kazımovanı köməksiz vəziyyətdə qətlə yetirib.

Hüseyn aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn ifadəsində qətli xəyanətə görə törətdiyini deyib. Onun sözlərinə görə, Ayşənlə bir neçə ay imiş ki, ər-arvad kimi bir evdə yaşayırmışlar. Hüseyn deyib ki, Ayşənin 4 aylıq hamilə olduğunu biliblər. Ayşən universitetdə oxuduğu üçün uşağı abort etdirmək istəyib. Hüseyn də bununla razılaşıb.

Qeyri-rəsmi şəkildə Ayşənin uşağını abort etdiriblər. Abortdan bir neçə ay sonra Hüseyn həkimə müraciət edən zaman səhhətində problem olduğunu, müalicə olunmayacağı təqdirdə uşağının olmayacağını öyrənib. Bundan sonra Ayşənin necə hamilə qalması ilə bağlı onda suallar yaranıb. Buna görə Ayşəni döyüb və ondan xəyanət edib-etməməsini soruşub. Ayşən ona xəyanət etmədiyini deyib.

Binadan atılan Ayşən tualetdə saxlanılırmış: Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİHüseyn ifadəsində bildirib ki, bir müddət sonra Ayşənin gizli şəkildə evdən çıxdığını bilib və buna görə də mübahisə ediblər. O, Ayşənin xəyanət etdiyini yenidən düşünməyə başlayıb.

Buna görə də Ayşəni yenə döyüb. Onun əllərini skoçla bağlayaraq saçını kəsib. Ayşənə işgəncə verərək ondan xəyanəti etiraf etməsini istəyib. "Bu gün son gündür", - deyərək onu öldürəcəyini bildirən Hüseyn istədiyi "etiraf" videosunu çəkib. Həmin videoda Ayşən başqa bir şəxslə münasibətinin olduğunu etiraf edib.

Ayşənin bu "etirafı" qorxudan edib-etməməsi bilinmir. Amma Hüseynin bu videonu çəkməkdə məqsədi özünü haqlı çıxarmaq olub. Həmin videonu da ilk olaraq öz anasına göndərib.

İstintaq zamanı Hüseyn Ayşəni əlləri bağlı şəkildə binadan atdığını etiraf edib. Lakin məhkəmədəki ifadəsində deyib ki, Ayşən pəncərədən özü tullanıb.

"Videonu çəkəndə dedi ki, qohumlar içinə çıxa bilməyəcək. Mənə yalvardı ki, videonu paylaşmayım. Sonra məndən su istədi. Su gətirməyə getdim. Qayıdanda gördüm ki, özünü atıb. Həyətə düşüb ona baxdım. Sonra evə qayıtdım", - deyə Hüseyn ifadəsində bildirib.

Araşdırma zamanı məlum olub ki, Ayşən binadan yıxılandan sonra sağ olub. Hüseynin ona yaxınlaşdığını görüb və kömək istəyib. Hüseyn əlində olan qayçı ilə Ayşənin əlindəki skoçu açıb və evə gedib. Ayşənin binadan yıxılması ərazidəki marketin kameralarına da düşüb.

Ayşənin anasının ifadəsindən məlum olub ki, qızı Sumqayıt Dövlət Universitetində təhsil alırmış:

"Bir gün Ayşən mənə mesaj yazdı ki, sevdiyi adamla qaçıb. Amma Ayşən mənə deyirdi ki, diplomunu almadan ailə həyatı qurmayacaq. Polisə məlumat verməyimizi istəməmişdi. Amma biz polisə xəbər verdik. Ayşəni tapandan sonra izahat yazdı ki, könüllü qaçıb. Hüseyn qızıma işgəncə verirdi. Evdən çıxmağa imkan vermirdi. Universitetə getməsinə də icazə vermədi. Biz qızımızı görə bilmirdik. Hüseyn onu tualetdə bağlı şəkildə saxlayırdı.

O, icazə verəndə qızımı görürdüm, onunla danışırdım. Bircə dəfə qızımdan - "ana, məni apar", - deməsini gözləyirdim. Amma bizimlə danışanda tək olmurdu".

Hüseynin anasının ifadəsindən isə hadisənin daha dəhşətli təfərrüatı məlum olub. Hüseyn narkotik vasitə istifadəçisi imiş. Onun psixi problemlərinin də olduğu üzə çıxıb.

Hüseyn uzun müddət 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə də alıbmış. Hüseynin qardaşı vəfat etdikdən sonra psixoloji problemləri artıb. Hətta qardaşının otağında ocaq da qalayıbmış.

Hüseynin anasının ifadəsindən məlum olub ki, onlar Ayşəni abort etdirməyə aparanda bunu qeyri-rəsmi şəkildə ediblər. Bunun üçün 120 manat pul veriblər.

Xatırladaq ki, Hüseynin Ayşənə işgəncə verərək çəkdiyi video sosial şəbəkələrdə də yayılmışdı. Məhkəmədə məlum olub ki, həmin videonu sosial şəbəkələrdə yayan şəxs müəyyən edilərək 10 sutka azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3923   Tarix: 30 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust