"20 Yanvar"da ŞOK OLAY - Özünü qəsdən maşınların altına atan şəxs kimdir? - VİDEO
Bakının Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.
Sonxeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.
Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyətə səbəb olur və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni "həll etdiyi" qeyd edilir.
Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.
***
Aprelin 27-də paytaxtın Yasamal rayonunda qeydə alınan görüntlərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib.
O qeyd edib ki, sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir: "Həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilib.
Sürücülərə tövsiyə edirik ki, belə halla rastlaşdıqda dərhal polisə məlumat verin, əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşmayın. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarının da eyni hədəyə məruz qoya bilər. İctimai təhlükəsizliyin təminatı hər bir vətəndaşdan asılıdır".
Sözügedən görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1385 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabr