"Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək" - Əli Vəliyev

"Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək" - Əli VəliyevAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, həm keçmişin dəyərləndirilməsi, həm də jurnalistikanın gələcək inkişafına yönələn mühüm bir addımdır. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulduğu gündən yalnız informasiya vasitəsi deyil, həm də maarifçilik hərəkatının mərkəzinə çevrildi. "Əkinçi"dən başlanan bu yol, sonrakı illərdə "Ziya", "Kaspi", "Molla Nəsrəddin" kimi qəzet və jurnallarla davam edərək cəmiyyətin sosial və mədəni həyatında dönüş nöqtələri yaratdı.

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə jurnalistikada yeni bir dövr başladı. Senzuranın ləğvi, özəl media qurumlarının yaranması və informasiya məkanının genişlənməsi söz və fikir azadlığına şərait yaratdı. Müstəqil qəzetlər, televiziya kanalları və daha sonra internet mediası yaranaraq cəmiyyətin informasiya tələbatını qarşılamağa başladı.

Bu gün Azərbaycan jurnalistikası özünün ən böyük dönüş nöqtələrindən birini yaşayır. Sosial media platformaları, onlayn xəbər portalları və mobil jurnalistika informasiya istehsalı və yayımında yeni meyarlar formalaşdırır. Bu çağırışlara cavab olaraq Azərbaycan jurnalistləri də texnoloji imkanlardan istifadə etməyə, peşəkarlıq səviyyəsini artırmağa və etik normalara daha sıx bağlı qalmağa çalışırlar.

Prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və digər qurumlarla birlikdə 150 illik yubileyin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin əməyinə verilən dəyəri göstərir. İlham Əliyevin bu sərəncamı biz gənclərə daha böyük enerji ilə çalışmağa sövq edir. Bu sərəncam mediada əməyi olan, peşəkar jurnalistikaya xidmət edən adamların da əməyininin qiymətləndirilməsinə kömək edəcək.

Azərbaycan jurnalistikası keçmişin işığında gələcəyə inamla baxır. 150 illik tarixi ilə bu sahə artıq bir peşədən çox, bir missiyadır – cəmiyyətə xidmət etmək, haqqı demək, qərəzsiz olmaq və düzgün maarifləndirmək. Hazırda bu missiya üzərində mediada təmsil olunan hər kəsin, xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin mediası dürüst, müstəqil, məsuliyyətli və bilavasitə jurnalistika ilə bağlı olan şəxslər üzərində qurulmalıdır. Bu isə keçmişə dəyər verərək gələcəkdə jurnalistikamızın daha da peşəkar olmasına gətirib çıxaracaq.

Əli Vəliyev

Manşet.az xəbər portalının baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 890   Tarix: 30 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr