Mədət Quliyevin yerinə bu şəxs seçildi
Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.
Qaynarinfo xəbər verir ki, AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Daha sonra Federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.
Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. "Silk Way" Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 955 Tarix: 02 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 100 mindən çox su sayğacı - Dəyişdiriləcək
Azərbaycanda 110 min su sayğacı dəyişdiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nd
12 yanvarSürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə -a idarədən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitini
13 yanvarŞamaxıda yenə zəlzələ oldu
Yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudada zəlzələ baş verib. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, Pirqulu stansiyasından 9 km cənubda qeydə alınan zəlzələ hiss olunmayıb
12 yanvarMənzurə Musayevanın qardaşı vəzifəsindən azad edildi
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır
12 yanvarQış aylarında dərslər bu saatda BAŞLAYA BİLƏR
Son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 8-də dərs başlayanda havanın hələ qaranlıq olmasından narahatdırlar. Məlumdur ki, hər kəs evinə yaxın məktəbdə təhsil almır. Rayon və kənd yerlərində isə qaranlıq havada dərs
11 yanvar