Bu gün onlar imtahan verəcək

Bu gün onlar imtahan verəcəkDövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçiriləcək.

Bu barədə Sonxeber.az-a Mərkəzdən bildirilib.

İmtahan 2025-ci il mayın 3-də Dövlət İmtahan Mərkəzinin Bakıda yerləşən hər iki inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.

İmtahanın keçirildiyi ünvanlar:

Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – "Admission Ticket";

3. "College Board"un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, "College Board"dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

Qeyd edək ki, rəqəmsal SAT (Scholastic Assessment Test) ABŞ və digər ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün standartlaşdırılmış imtahandır, 2024-cü ildən onlayn formatda keçirilir. Test iki bölmədən ibarətdir: "Oxuma və yazı" və "Riyaziyyat", bunlar mətn təhlili, qrammatika, cəbr və verilənlərlə işləmək bacarıqlarını yoxlayır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 03 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntıl

12 yanvar
.

Xaricdə tibb təhsili alan gənclər diplomlarını tanıtmaq üçün rezidentura oxumalıdırlar?

Xaricdə tibb təhsili almış azərbaycanlı gənclərin ölkə daxilində peşə fəaliyyətinə başlaması üçün bir sıra hüquqi və inzibati mərhələlər mövcuddur. Bu proses təkcə diplomun tanınması ilə yekunlaşmır. Belə ki, xarici ali təhsil müəssisəsini bitirmiş gənclər ilk növbədə diplomlarını Elm və Təhsil Nazirliyind

10 yanvar
.

Mənzurə Musayevanın qardaşı vəzifəsindən azad edildi

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır

12 yanvar
.

Azərbaycanda kərə yağı BAHALAŞACAQ - TARİX AÇIQLANDI

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərl

11 yanvar
.

Güzdəkdə Bəhram Məlikova məxsus olduğu karxananın işlədilməsinə hansı məmur icazə verib? - Araşdırma

Abşeron rayonu Güzdək ərazisində qanunsuz daş, qum və çınqıl çıxarılan mədənlərin fəaliyyətinə kimlər icazə verib?. Heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən karxanalar vergidən yayınır və əraziyə ekoloji zərər vururlar. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyin yanında Dövlət Minera

12 yanvar
.

Sabah intensiv yağış yağacaq

Azərbaycanda yanvarın 13-də yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərd

12 yanvar
.

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq. "Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Xatırladaq ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları

11 yanvar
.

Pensiyalar NƏ VAXT VERİLƏCƏK? - TARİX

Əmək Nazirliyi yanında Dövlət Sosial Təminat Fondu (DSMF) Bakı, Sumqayıt və Abşeron üzrə pensiya ödənişlərinin tarixlərini açıqlayıb. -a istinadla xəbər verir ki, bu bölgələrdə pensiyalar yanvarın 13-də ödəniləcək. Bundan əlavə, cədvələ uyğun olaraq, güzəştli şərtlərə sahib olan şəxslər üçün pensiyala

10 yanvar
.

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsi satılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "MAPLE TRADING" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyat mağazalar şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə keçib. "MAPL

12 yanvar