Ermənistan Jurnalistlər Birliyinin rəhbəri: Ölkədə müstəqil mediaya təzyiqlər artır
Ermənistanda müstəqil mediaya təzyiqlər artır.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Jurnalistlər Birliyinin rəhbəri Satik Seyranyan mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş şərhində deyib.
O, "ağ əlcəkli" adlandırdığı media mühitinin nümayəndələrini kəskin tənqid edib. S.Seyranyanın sözlərinə görə, bu insanlar ictimai şəkildə etika və söz azadlığını müzakirə edir, eyni zamanda, özləri də hakimiyyətlə sıx bağlıdırlar və maliyyə mənbələrini açıqlamırlar. O qeyd edib ki, USAİD-in dəstəyi dayandırıldıqdan sonra ilk olaraq həmin jurnalistlər narahatlığını ifadə ediblər.
Təşkilat rəhbərinin sözlərinə görə, seçkilər ərəfəsində ölkədəki vəziyyət jurnalistlərdən xüsusilə diqqətli olmağı tələb edir, çünki hakimiyyət təzyiqləri daha da artacaq: "Xaricdən maliyyələşmənin azalması fonunda hakimiyyət özəl medianı dəstəkləmək üçün öz fondunu yaratmağa, bununla da informasiya sahəsinə nəzarəti gücləndirməyə başlayıb".
O, həmkarlarını təzyiqlərdən qorxmamağa, açıq fəaliyyət göstərməyə və hüquqlarını təkbaşına müdafiə etməli olacaqlarına hazır olmağa çağırıb.
S.Seyranyan Ermənistanın mətbuat azadlığı baxımından mövqeyini yaxşılaşdırdığı iddia edilən beynəlxalq reytinqlərin məlumatlarını da şübhə altına alıb: "Sərhədsiz Reportyorlar" kimi təşkilatlara kimin hansı məlumatları təqdim etdiyini anlamaq vacibdir. Bizim təcrübəmiz və Avropa strukturları ilə qarşılıqlı əlaqəmiz bunun əksini göstərir", - o vurğulayıb. S.Seyranyan xatırladıb ki, Jurnalistlər Birliyi mətbuat işçilərinin hüquqlarının pozulması ilə bağlı dəfələrlə bəyanatlar verib və bu müraciətlər beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənib.
Onun sözlərinə görə, ölkədə uzun illərdir kənardan maliyyələşən və faktiki olaraq hakimiyyətin maraqlarına xidmət edən KİV var. Məhz bu KİV təzyiq, senzura və fiziki zorakılıq faktlarına məhəl qoymadan beynəlxalq hesabatlarda əlverişli imic yaradırlar.
S.Seyranyan xatırladıb ki, jurnalist ictimaiyyətinin ixtiyarında çoxsaylı videosübutlar parlamentin sədri Alen Simonyanın göstərişi ilə Ermənistan parlamentində qadın jurnalistə hücum, eləcə də hökumətyönlü deputatların media nümayəndələri ilə mütəmadi olaraq kobud rəftarına dair videosübutlar var: "Lakin beynəlxalq qiymətləndirmələr çox vaxt baş verənlərə görə günahı jurnalistlərin üzərinə qoyur. "Təzyiqlər, təhdidlər, təhqirlər şəraitində söz azadlığının artırılmasından doğrudanmı danışmaq olar?".
O, sonda bildirib ki, ölkədə işlək iqtisadiyyat və real bazar olmayana qədər, medianın real azadlığından danışmağın mənası yoxdur: "Hazırkı hakimiyyət media məkanını asılı strukturlar və "rahat" kanallar vasitəsilə idarə etməyi yaxşı bilir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 886 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabr