Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI

Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATIYasamal rayonunda, metronun "Nizami" stansiyasının qarşısında mopedlə qadını vuraraq ölümünə səbəb olan Faiqin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi "Tufan" markalı mopedlə Rəna Quliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faiq məsuliyyətə cəlb edilib. Dindirilən zaman əməlindən peşman olduğunu deyən Faiq bildirib ki, mərhumun ailəsi ilə barışıb.

Hadisə ötən ilin yay ayında baş verib. Faiq Türkiyənin Tokat şəhərində təhsil alırmış. O, yay tətili üçün Bakıya gələndə moped alaraq kuryerlik etməyi planlaşdırıb. Faiq mopedi Türkiyədə birlikdə təhsil aldığı Əliağa adlı dostu ilə alıb. Mopedi əsasən Əliağa idarə edirmiş.

Faiq son olaraq "Şaurma nömrə 1"də işə düzəlibmiş. Hadisə günü mopedlə həmin istiqamətə gedirmiş. Mopeddə Əliağa da əyləşibmiş. Qəza zamanı Əliağanın baş geyimi olub. Faiqdə baş geyimi olmadığı üçün xəsarət alıb.

Mərhumun bacısı hüquqi varis kimi tanınıb. Onun ifadəsindən məlum olub ki, bacısının evə gəlmədiyindən xəbər tutan kimi polisə xəbər veriblər. Bacısının evinə gedərək qapısını sındırıblar. Lakin onun evdə olmadığını görüblər. Onlar bacısının ölümündən 4 gün sonra xəbər tutublar.

Məhkəmə Faiq barəsində 1 il cəza təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1127   Tarix: 04 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021