"Paşinyan Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını beynəlxalq monitorinq qrupuna açmalıdır" - DEPUTAT
"Vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan tərəfdən hələ də adekvat bir reaksiya verilməyib. Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar məsələyə hüquqi qiymət verməlidilər. Əsas addımlardan biri Ətraf mühitə Təsirin qiymətləndirilməsi sənədlərinin bütün təsirlənən tərəflərlə paylaşılmasıdır".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Ermənistan Azərbaycan, İran, Gürcüstan və Xəzəryanı ölkələrin çirklənmə səviyyələrinin müstəqil monitorinqinə imkan verməlidir:
"Gürcüstan tərəfindən də Ermənistan ərazisində yüksək zəhərli kimyəvi maddələrlə zəhərlənən Pəmbək (Debed) çayının çirklənməsi ilə bağlı xəbərdar edilməlidir. Çünki çirklənmə ilə bağlı bir çox faktlar mövcuddur.
Belə ki, Arkt qızıl yatağı Lori vilayətində, Debed çayı üzərində yerləşir, çay yatağına yaxın axır. Bu çay Gürcüstan ərazisindən keçir və 142 km məsafə qət etdikdən sonra Azərbaycanda Kür çayına qoşulur.
Armanis qızıl-multi-metal mədəni Lori vilayətində, Armanis yaşayış məntəqəsinin 0,5 km qərbində, Qara Su çayına yaxın bir məsafədə yerləşir. Çay mədənə yaxın axır və qısa məsafədə Cəlaloğlu çayına qoşulur, bu çay isə Debed çayına axır. Ümumilikdə, çayın yolu 137 km-dir və Kür çayına qoşulur".
Deputat vurğulayıb ki, Qaraberd qızıl mədəni Ermənistanın şimalında, Lori vilayətində, Vanadzor şəhərinin 3 km şimal-şərqində, Bazum dağ silsiləsinin cənub yamacında yerləşir, və ətrafda axan Debed çayı Gürcüstan ərazisindən keçir, 127 km məsafə qət etdikdən sonra Kür çayına qovuşur:
"Ermənistan hakimiyyəti, ciddi ekoloji pozuntulara baxmayaraq, dağ-mədən sənayesinin fəaliyyətini dayandırmağı düşünmür. Environmental Protection First (EPF) Koalisiyası olaraq, "İcma Müqaviməti və Töhfə Mərkəzi" QHT-sini və "epress.am" informasiya saytının redaksiyasını bölgədə beynəlxalq ekspertiza və monitorinq həyata keçirməyə dəvət edirik.
Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri, Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinq aparmağa hazırdırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını, Azərbaycan ekoloqları da daxil olmaqla, beynəlxalq monitorinq qrupuna açmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1392 Tarix: 06 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi
22 martÖlən şəxsin pensiyası ilə bağlı təklif
"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı
22 martYer kürəsi üçün böyük TƏHLÜKƏ
Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart - Ümumdüny
24 martDərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq
Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Sergey Kozırev-in sözlərinə görə, yuxunun əsas amili hər gün eyni vaxtda yatmaq v
24 martUniversitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka
23 martAYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Report"a bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsi
22 martAzərbaycan ali təhsildə tarixi uğura imza ATDI
Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminə
25 mart