Qlobal istiləşməyə zənginlər səbəb olurmuş...

Qlobal istiləşməyə zənginlər səbəb olurmuş...Yeni araşdırmalar göstərir ki, dünya əhalisinin ən zəngin 10 faizi 1990-cı ildən bəri qlobal istiləşmənin üçdə ikisinə cavabdehdir.

Publika.az xəbər verir ki, bu barədə Sürix Texnologiya Universitetinin (ETH) tədqiqatçıları araşdırma aparıb.

Onlar gəlir qrupları arasında bərabərsizliyin birbaşa iqlim böhranını əks etdirdiyini vurğulayıblar.

Tədqiqatın aparıcı müəlliflərindən biri Sara Şönqart məsələyə aydınlıq gətirib: "Ən zəngin şəxslərin ekoloji izi aşağı və orta gəlirlilərinkindən dəfələrlə böyükdür ki, bu da iqlim təsirlərinin böyük hissəsini izah edir. Araşdırmaya görə, dünya əhalisinin ən zəngin 1 faizi ötən əsrdə həddindən artıq isti dalğalarına qlobal orta göstəricidən 26 dəfə çox qatqı verib".

Bildirilib ki, qlobal çirklənməyə səbəb olan ən zəngin 10 faiz içində Çin və ABŞ-dan olanlar daha çoxdur. Bu qrup atmosferdə istixana qazı yükünü kəskin şəkildə artıraraq, xüsusilə həddindən artıq temperaturda iki-üç qat rol oynayır.

Alimlər bərabərsizliyin iqlim böhranına təsirini sərvət vergisi ilə həll etməyi təklif edirlər.

Araşdırma "Nature Climate Change" jurnalında dərc olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 600   Tarix: 10 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İslamabadın İran və ABŞ arasında vasitəçiliyi: Tehranda rəsmi görüşlər keçirildi

İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə Tehranda görüşüblər. xəbər verir ki, bu barədə İranın rəsmiləri sosial şəbəkə hesablarında məlumat veriblər. Tərəflər arasında baş tutan danışıqların detalları açıqlanmayıb

23 may
.

Yaponiyada yemişlər hərracda rekord qiymətə satıldı

Yaponiyada becərilən bir cüt premium "Yubari" yemişi mövsümün ilk auksionunda rekord qiymətə - 5.8 milyon yenə (təqribən 36 500 ABŞ dolları) satılaraq 2019-cu ildə qeydə alınan beş milyon yenlik əvvəlki rekordu qırıb. xəbər verir ki, məlumatı "Japan Today" nəşri yayıb. Məhsulu Kusir

24 may
.

Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb. "Əgə

24 may
.

Seneqal Prezidenti Baş naziri istefaya göndərib

Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu

23 may
.

Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi

Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma

23 may
.

Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur

ABŞ-nin Kentukki ştatının Uilyamstaun qəsəbəsində, İncildə bəhs edilən ölçülərə uyğun olaraq 100 milyon dollar büdcə ilə inşa edilən nəhəng Nuhun Gəmisi parkı - "Ark Encounter" iyulun 7-də qapılarını ziyarətçilərin üzünə açır. Restoran və zoopark kimi də fəaliyyət göstərəcək bu nəhəng layihəy

24 may
.

Çexiya Prezidenti ABŞ-nin NATO daxilində gözlənilməz qərarlarından narahatdır

Çexiya Prezidenti Petr Pavel ABŞ rəhbərliyinin NATO daxilində qeyri-müəyyənliyə səbəb olan gözlənilməz hərəkətlərindən narahatdır. "Report"un məlumatına görə, bu barədə CTK agentliyi xəbər verib. "Məni hazırda NATO daxilində gördüyümüz qeyri-müəyyənlik və gözlənilməzlik narahat edir"

24 may
.

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c

24 may
.

KİV: ABŞ yaxın günlərdə İrana hücuma hazırlaşır

ABŞ Administrasiyası, xüsusən də Pentaqon və kəşfiyyat orqanlarının nümayəndələri qarşıdakı üç gün ərzində İrana qarşı hərbi əməliyyatların bərpa olunmasına hazırlıq görürlər. xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, bəzi ABŞ hərbi və kəşfiyyat rəsmilər

23 may