Tramp bütün ölkələr üçün 10% tarifi saxlamaq niyyətindədir
ABŞ prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq, bütün ölkələr üçün 10%-lik idxal tariflərini qüvvədə saxlamaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə məlumat verib.
"Prezident yalnız Böyük Britaniya üçün deyil, digər ölkələrlə ticarət danışıqları üçün də 10%-lik əsas tarifə sadiqdir", – deyə Livitt ABŞ-nin digər ölkələrlə ticarət danışıqları başa çatdıqdan sonra da universal 10%-lik idxal tariflərinin qüvvədə qalacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, tariflər mümkün ticarət sazişlərindən sonra da qüvvədə qalacaq. "Prezident 10%-lik əsas tarifi saxlamaqda qərarlıdır. Mən indicə onunla bu barədə danışdım", – deyə mətbuat katibi əlavə edib.
Cümə axşamı ABŞ və Böyük Britaniya yeni ticarət sazişi imzalayıb. Bu, ABŞ administrasiyasının apardığı bir sıra ticarət danışıqları çərçivəsində ilk razılaşma olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 826 Tarix: 11 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Antarktidada sensasion kəşf: İki milyon illik buz izinə rast gəlindi
Rusiya tədqiqatçıları Antarktida qitəsində, Vostok stansiyasının yaxınlığında yaşı təqribən 2 milyon ilə çatan ən qədim buz qatının mövcud ola biləcəyi zonanı aşkar ediblər. xəbər verir ki, bu barədə məlumatı TASS-a Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun rəhbəri Aleksandr Makarov verib. Onu
29 martKİV: İran ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazalarına zərbələr endirib
ABŞ-nin Səudiyyə Ərəbistanındakı bazaları pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Agentliyin mənbələrinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə bir neçə partlayış səsi eşidilib. Səudiyyə Ərəbistanının Müdafi
29 martİran Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi öldürülüb
İran Müdafiə Nazirliyinin tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvənd İsrail-ABŞ birgə əməliyyatı nəticəsində ölkənin Borucerd şəhərində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Qeyd olunub ki, Əli Fuladvand İran Müdafiə Nazirliyinin Müdafi
29 martMisirdə yanacaq böhranı başlayıb, qiymətlər bahalaşıb
Misir əhəmiyyətli yanacaq və dizel yanacağı istehlakı tələb edən əsas dövlət layihələrinin icrasını ən azı iki ay ləngidəcək və bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limitləri 30% azaldılacaq. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Baş nazir
29 martYaponiya ordusu informasiya müharibəsi üçün xüsusi bölmələr yaradıb
Yaponiya Silahlı Qüvvələrində informasiya müharibəsi aparmaq üçün məsul olan xüsusi qüvvələr yaradılıb. "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, yeni strukturlar ölkənin dəniz və quru qüvvələri daxilində yaradılıb. Onların əsas vəzifələri kibertəhlükəsizliyi təmin etmə
29 mart30 illik sevgilisindən ayrılan Paşinyandan yeni paylaşım - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı son paylaşımları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, uzun illər birlikdə olduğu sevgilisi ilə ayrıldıqdan sonra sosial şəbəkələrdə daha aktiv görünən Paşinyan bu dəfə avtomobildə çəkdiyi video ilə diqqət çəkib
31 martSibiqa: Ukrayna PURL proqramı çərçivəsində bütün lazımi silahları alacaq
Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa martın 26-27-də Fransada keçirilə
29 mart