Alimlər okeanların dərinlikləri haqqında, demək olar, heç nə bilmədiklərini etiraf ediblər
Beynəlxalq "Ocean Discovery League" təşkilatından olan alimlər qrupu müəyyən edib ki, son 70 il ərzində bəşəriyyət okean dibinin yalnız cüzi bir hissəsini – təxminən 3 min kvadrat kilometr və ya ümumi sahəsinin 0,001 %-ni öyrənib.
"Report" xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc edilib.
200 metr dərinlikdən başlayan dərin su zonaları Yerdə həyatın qorunmasında əsas rol oynayır. Onlar iqlimi tənzimləyir, oksigen istehsal edir və inqilabi tibbi kəşfləri ehtiva edə bilər.
Tədqiqat elmi səylərin son dərəcə qeyri-bərabər paylandığını göstərib. Məlumatların əksəriyyəti cəmi beş ölkə tərəfindən toplanıb: ABŞ, Yaponiya, Yeni Zelandiya, Fransa və Almaniya.
Alimləri xüsusilə narahat edən məsələ bütün müşahidələrin 65 %-nin üç dövlətin sahil zonalarında cəmləşməsidir. Eyni zamanda, əldə edilmiş məlumatların təxminən üçdə biri köhnəlib – onlar hələ 1980-ci ildən əvvəl primitiv ağ-qara kameralar vasitəsilə toplanıb. Abissal düzənliklər və sualtı dağlar da daxil olmaqla, okean dibinin böyük hissələri, demək olar, tədqiq edilməyib.
"Biz okeanın idarə edilməsi ilə bağlı qərarları böyük şəhərlə müqayisə edilə bilən sahədən əldə edilən məlumatlara əsaslanaraq qəbul edirik", – araşdırmanın aparıcı müəllifi doktor Keti Kroff Bell qeyd edib.
Mütəxəssislərin nəticələri 1958-ci ildən bəri həyata keçirilən 44 min dərin su dalışının təhlilinə əsaslanır. Müəlliflərin sözlərinə görə, sonuclar müasir okeanqrafik modellərin obyektivliyini şübhə altına alır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1354 Tarix: 11 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabr