Fələstin Trampın Qəzza planını qəbuledilməz hesab edir

Fələstin Trampın Qəzza planını qəbuledilməz hesab edirFələstin Dövləti ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının abadlaşdırılması planına qəti şəkildə qarşı çıxır.

"Report" xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

"Biz fələstinlilərin öz torpaqlarından köçürülməsinə qarşıyıq və Qəzzada "Yaxın Şərq Rivyerası" yaradılmasını istəmirik – biz bu planı qəbuledilməz hesab edirik və buna görə də rədd etmişik", – Abbas söyləyib.

Dövlət başçısı bildirib ki, Fələstin iqtidarı Qəzzanın ABŞ administrasiyasının nəzarətinə verilməsi ideyasına da kəskin şəkildə qarşı çıxır. "Nə amerikalıların, nə də digər xarici qüvvələrin Qəzza zolağını idarə etmək hüququ yoxdur – bunu yalnız Fələstin Milli Administrasiyası edə bilər və biz bu məsələdə mövqeyimizi ABŞ administrasiyasına bildirmişik", – o vurğulayıb.

Qeyd edək ki, fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı müzakirələr ABŞ Prezidentinin fevral ayında hərbi əməliyyatlar nəticəsində evlərini itirmiş Qəzza sakinlərinin ərəb ölkələrində, xüsusilə Misir və İordaniyada yerləşdirilməsinin mümkün olduğunu bildirməsindən sonra başlamışdı. Trampın sözlərinə görə, söhbət anklavdan kənarda yerləşdirilməli olan 1,5 milyon insandan gedir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1087   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə

5 iyul
.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

8 iyul
.

Hamıdan sonra o gəldi - Video

Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma

8 iyul
.

Avropada ölüm saçan istilər: Qurbanların sayı artır

İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb. xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığınd

5 iyul
.

Okeanın dibində yeni bir ada yaranır

Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen

6 iyul
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

7 iyul
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

5 iyul
.

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul