Şahbaz Şərif: Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik
Pakistanın Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirərək Hindistanın təcavüzünə qətiyyətli cavab verdi. Düşmən səbəbsiz müharibə başlamağa cəhd göstərdi, lakin biz layiqli cavab verdik.
"Report" "Pakistan Daily" qəzetinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.
O qeyd edib ki, Pakistan Hərbi Hava Qüvvələrinin cavab zərbələrindən sonra Hindistanın hava bazaları xarabalığa çevrilib.
"Pakistan xalqı birlik, qətiyyət və şərəf nümayiş etdirdi. Pakistan dünyaya aydın şəkildə göstərdi ki, biz suveren və qürurlu bir dövlətik, əgər kimsə bizim suverenliyimizə təcavüz edərsə, biz cavab verməyə qadirik", – Ş. Şərif bildirib.
Hindistanın hərəkətlərini açıq təcavüz kimi xarakterizə edən Pakistanın Baş naziri vurğulayıb ki, düşmən əsassız müharibə başlatmağa cəhd etsə də, Pakistan Silahlı Qüvvələri təmkinli və müdrik davranaraq "hərbi tarixə qızıl hərflərlə yazılacaq" cavab verib.
"Əvvəlcə Hindistanın sərhəd pozuntularına dair qərəzsiz araşdırma aparmağı təklif etdik, lakin düşmən dayanmadıqda biz onun öz dilində cavab vermək qərarına gəldik. Pakistanın "Şahinləri" (Hərbi Hava Qüvvələri – red.) düşmənin silahlarını cəmi bir neçə saata susdurdu, Hindistanın müasir "Rafale" qırıcıları isə bizim "Şahinlər" qarşısında aciz qaldı", – Şahbaz Şərif vurğulayıb.
O həmçinin Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad, Ordu Qərargah rəisi general Asim Munir, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin rəisləri də daxil olmaqla bütün xidmət rəislərinə təşəkkür edib.
Baş nazir həmçinin "düşmənin saxta xəbərlərinə" qarşı mübarizə səylərini xüsusi vurğulayıb.
Sonda Ş. Şərif ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Türkiyə liderlərinə təşəkkürünü ifadə edib, xüsusilə Çinin rolunu qeyd edib.
"Biz məsuliyyətli bir dövlət kimi atəşkəs təklifini müsbət qarşıladıq. Tam əminik ki, Cəmmu və Kəşmir də daxil olmaqla bütün məsələlər sülh danışıqları yolu ilə həll oluna bilər", – Şahbaz Şərif deyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1392 Tarix: 11 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabr