Azərbaycanda yüksək kredit faizlərinin gələcəyi: Dövlətin rolu və iqtisadi perspektivlər - AÇIQLAMA
"Ölkədə kredit faizləri, depozit faizlərindən birbaşa asılıdır. Azərbaycanda depozit faizləri 10–11%-dirsə, illik kredit faizlərinin daha aşağı çəkilməsi mümkün deyil. Depozit faizlərini aşağı çəkmək üçün, bu zaman Mərkəzi Bank uçot dərəcəsini də aşağı salmalıdır ki, bu da paralel olaraq kreditlərə təsir etsin".
Bu sözləri Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.
O, açıqlamasında qeyd edib ki, dövlət, aqrar sahəyə və kiçik-orta sahibkarlara dəstək məqsədilə xüsusi bir bank yarada bilər:
"Bu isə eyni zamanda inflyasiyaya təsir göstərəcək və insanların valyutaya yönəlməsi artacaq. Yəni burada faizlərlə bağlı ciddi problemlər yaşanır. Ona görə də Azərbaycanda istehlak kreditləri daha çox populyarlaşır və bu, banklara da sərf edir. Çünki qısamüddətli və yüksək faizlə verilir. O ki qaldı sahibkarlara biznes və ya ipoteka kreditlərinin verilməsinə, onların faizi də yüksəkdir. Əsasən də kiçik sahibkarlara verilən biznes kreditlərinin müddəti azdır. Burada faizlərin yüksək olması kiçik və orta sahibkarlara sərf etmir. Bu vəziyyətdən çıxış yolu ondan ibarət ola bilər ki, dövlət, məsələn, aqrar sahəyə və kiçik-orta sahibkarlara dəstək məqsədilə xüsusi bir bank yaratsın. Bu bank uçot dərəcəsindən və depozit faizlərindən asılı olmadan birbaşa kreditləşməni həyata keçirə bilər. Bu, Çində geniş yayılmış metodlardan biridir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabrÇindən Azərbaycana turist axını 5 % artıb
2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını
10 sentyabrAzərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ
14 sentyabrBrent neftinin qiyməti bir qədər aşağı düşdü
Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3
10 sentyabrAzərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrAzərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu
15 sentyabr