Qayınatasını öldürmək istədi, özü öldü

Qayınatasını öldürmək istədi, özü öldüAbşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tayır Tayırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən il yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı onun qayınatası 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə yetirib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2640   Tarix: 12 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əli Kərimli barədə QƏRAR VERİLDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsi AXCP sədri Əli Kərimlini

5 dekabr
.

Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Əkbər Xəlilov Tariyel oğlu Rusiyadan ölkəmizə ekstradisiya edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzr

17 noyabr
.

Ramiz Mehdiyev vəkilindən imtina etdi - "Boz kardinal" nə düşünür?

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" bu qərarı şəxsi istəyi ilə verib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillə

24 noyabr
.

Goranboyda iki nəfər bıçaqlandı - Qonşu saxlanıldı - Yenilənib

Goranboyda iki nəfər bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər. A.Məmmədovun vəziyyət

11 dekabr
.

Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri

19 noyabr
.

Dəhşətli qəzada ölən 22 yaşlı Ələsgərin - Fotosu

Noyabrın 29-na keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, hadisə şahidləri qəzanı törədən "VAZ 2107" markalı avtomobilin saatda 150-160 kilometr sürətlə hərəkət etdiyini bildiriblər

1 dekabr
.

Sevinc Osmanqızı barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb. İTV-yə istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində ona Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Məlumatda cinayə

13 noyabr
.

Əli Kərimli həbs olundu

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb. -ın məlumatına görə, təqdimat təmin edilib, Əli Kərimli barəsində 2 ay 13 gü

1 dekabr
.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Teleqraf-ın məlumatına görə, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəki

29 noyabr